Gönderi

·
Puan vermedi
Əsərin ən maraqlı tərəfi isə insanın eşşəklə müqayisəsidir. Niyə it yox, at yox, meymun yox, məhz "Kitab yüklü eşşək"? Çünki bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dünyadan bixəbər, tənbəl, özündənrazı adamları eşşəyə bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzablarına daima boyun əyən heyvanın adını çəkəndə qarşı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü kimisə eşşəyə bənzətdiyimiz üçün eşşəkdən istəməliyik? Eşşək yeganə varlıqlardandır ki, insanla dostluğunun tarixi bilinmir. Həmişə, hər yerdə insana gərəkli olan bu heyvan, sadəliyinə və təvazösünə görə daima tənqidə və təhqirə düçar olur. Ədib eşşəyi bu səbəbdən seçmiş olmasın? Digər tərəfdən əsərin adındakı ironiya çox maraqlıdır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dünyagörüşlə, şüuarla əhatə olunmuş insanı leksikonumuzda özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insanı şüursuz, savadsız, gördüklərini dərk etməyən, yaxşılıqla pisliyi dəyərləndirməyi bacaramayan bir eşşəkdən fərqi yoxdur demək istəyir. Günümüzdə də adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün kitab oxuyan, oxuduqlarına görə özünə ən yüksək dəyəri verib ən ali bir insan kimi təqdim edən, əldə etdiyi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəhşi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və şöhrətin əsiri olan yüzlərlə insan görə bilərik. Boğazında qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk etdiyi eynək, əynində kostyum olan kor əbləhlər kitabla yüklənmiş eşşəyi xatırladır. Xisləti isə demona Düzdür, bu əsərə qədər istər bizim, istər şərq, istərsə də dünya ədəbiyyatında alleqorik yolla insanları tərbiyə etmək arzusunda olan böyük müdriklər olmuşdur. Lakin Əbdürrəhim bəy Talıbovun "Kitab yüklü eşşək" romanı əvvəlki əsərlərdən fərqli olaraq mövzuya yanaşma, heyvanın müşahidəsi ilə insanların tənqidi, məktub vasitəsi ilə əvvəlki sahibinə müraciəti, sondakı sual-cavabı insanı daha çox düşündürməyə vadar edir. Bu baxımdan, böyük şəxsiyyət Əbdürrəhim bəy Talıbov
Mirzə Əbdürrəhim Talıbov
Mirzə Əbdürrəhim Talıbov
cəmiyyətin eybəcərliklərini, insanın ən vəhşi "heyvan" olduğunu bu kiçik romanında
Kitab Yüklü Eşşək
Kitab Yüklü Eşşək
böyük ustalıqla əks etdirib.
Kitab Yüklü Eşşək
Kitab Yüklü EşşəkMirzə Əbdürrəhim Talıbov · Hədəf Nəşrləri · 201412 okunma
·
140 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.