Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox. Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox. Səndən etmən dad: "cövrün var, lütfün yox" deyib, Məsti-zövqi-şövqünəm, birdir yanımda var, yox. Kimə izhar eyləyim bilmən bu pünhan dərdi kim, Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox. Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi, Bunca sərməstin tamaşasinə bir hüşyar yox. Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl, Sübh təhqiqi əlamətinə bir bidar yox. Surəti zibasənəmlər yox demən bütxanədə, Var çox, əmma sənə bənzər büti-xunxar yox. Ey Füzuli, səhldir hər qəm ki, qəmxarı ola, Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox.
··
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.