Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

288 syf.
10/10 puan verdi
·
Beğendi
Orhan Pamuk əsərdə kiçik bir sahil qəsəbəsində yaşayan bir ailənin üzvlərinin gözündən ötən əsrin Türkiyəsi və siyasi vəziyyətini təsvir edir. Əsərin ən özəl tərəfi odur ki, hər personaj müəyyən bir topluluğu əks etdirir. Ən maraqlı ziddiyyət Selahattin doktor və yoldaşı Fatma arasındadı. Fatma konservativ toplumu, sadə dillə keçmişin insanlarının bir rəmzidi, Selahattin isə tam əksi. Ateist, Şərq mədəniyyətinə və inanclarına nifrət edən, həyatını insanları Allahın yoxluğuna inandırmağa həsr etmiş və buna görə kiçik bir sahil qəsəbəsinə sürgün edilmiş bir həkim. Birlikdə keçirdikləri onilliklərə baxmayaraq, onların həyata baxışları bir birine heç yaxınlaşmayıb belə. Selahattin ideyaları uğrunda öz həyatını, Fatmanın həyatını və mal mülkünü xərcləyir, nəticədə ise heç nə əldə etmir. Ömrünü həsr etdiyi ensiklopediya ölümü ilə birlikdə yarım qalır, ən pis tərəfi yazdıqları heçkim oxumadan Fatma tərəfindən yandırılır. Birdə oğulları var, Fatma onun atasına bənzəməməsi üçün hər şey etsə də, Doğan da " evden işə işdən evə" həyatı istəmir və dünyaya bir dəyər qatmağa çalışır. Bütün səylərin nəticəsiz qalması və bir birine yaxınlaşmaması toplumun və ideologiyaların inatçılığını göstərir. Digər personajlar isə onların nəvələri, hər biri fərqli bir ideologiya və toplumu təmsil edir. Orhan Pamukdan yenə mükəmməl bir əsər.
Sessiz Ev
Sessiz EvOrhan Pamuk · Yapı Kredi Yayınları · 20186,8bin okunma
·
120 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.