Yazıldığı vaxtdan günümüzə qədər aktual və canlılığını itirməyən bir kitabdır. Amerika depressiyası dövründə yazılmış, üstün və heyrətamiz fantastikası ilə diqqət çəkən əsərlər sırasındadır. John Steinbeck son dərəcə sosial düşünən və bir çox əsərlərində cəmiyyətin problemlərini, həyatını və münasibətlərini əks etdirən uğurlu Nobel mükafatlı müəllifdir.
Fareler ve İnsanlar əsərində cəmiyyətin məzlum təbəqəsi olan fəhlə sinfinə həyat verir. İki torpaq işçisi, Corc və Lenni dövrünün təzadlarını, dostluqlarını, arzularını və sosial quruluşunu izah edir.
Axıcılığı və bədiiliyi ilə bundan sonra da yaddaşlarda qalacaq bu əsər mütləq rəfinizdə, oxunanlar arasında olmalıdır. Xoş mütaliələr ✿