Gönderi

282 syf.
6/10 puan verdi
·
15 günde okudu
Salam hər birinizə Kitabı heç sıxılmadan oxuya biləcəksiz. Ən ağır əsərləri belə oxuyan insan da olsanız bu kitabı bəsit adlandıran insan belə olsanız maraqla oxuyacaqsız kitabı. Kitab həqiqətən də bəsit olsa belə. Yəni digər səhifəsində nələr baş verəcək marağı ilə kitab sizi alıb aparır bu dünyadan. Kitab qurğusu və insanlara çatdırmaq istədiyi məna baxımından yaxşı idi. • Fikrimcə ədəbi cəhətdən yaxşı kitabla yaxşı olmayan arasında fərqi hiss etməli və bunu anlamalıyıq . Bu kitab da ədəbi cəhətdən bir klassik kitabla müqayis edilməyəcək qədər zəif qalır. Bunu müzakirə etmək belə çox mənasızdır. Bu kitab haqqında deyə bilərəm ki günümüz insanının (həyatı,düşüncələri, travmaları, qərarları və qərarsızlıqlarıdır) kitabıdır. Deyə bilərsiz ki insan dünən də həmin insan var idi bu gün də həmin insan var. Amma şərtlər və düşüncələr baxımından fərqi, klassik kitabdakı obrazla bu kitabdakı obraz fərqlərini oxuyarkən görəcəksiniz. Əlbəttə bu bədiilik baxımından da öz sözün deyir. • Kitabdakı obrazımız Nora gündəlik həyatdakı problemlərin, qayğıların nəticəsində baş verən uzun müddətli depresiyadan əziyyət çəkən və intihar edən cavan bir qızdır. İntihar etməsilə ona keçmiş yaşamları və heç yaşamadığı həyatları yaşama şansı verilir. Bu fantastikaya çevirib kitabı amma bunu gözardı edərək oxumaq lazımdır yazarı anlamaq üçün. Yazar əsasən insanların həyatı boyu yaşamlarından narazı olması üstündə durur. Kitab da bu mövzu üzərindən irəlləyir. Kitabda demək olar 90% insan da gənclərdir. Kitabda təbii ki müxtəlif mövzular da var amma sujet baxımından əsas Noranın yaşadıqlarıdır. Kitab bəsit olsa belə günümüz insanının nələr yaşadığını, hansı çətinliklərlə və hansı travmalarla yaşadığını çox gözəl ortalığa sərib. Yazar kitab boyu müxtəlif psixoloji mövzulara da toxunub. Şüuraltı düşüncələrə də toxunub. Əslində yazarın əsas çatdırmaq istədiyi fikrimcə hər problem qarşısında, gündəlik və gələcək qayğıları qarşısında bunlarla mübarizə apara biləcək gücün elə insanın öz içində olduğunu çatdırmaqdır. ~Gerçek bilgelik hiçbir şey bilmediğini bilmekte yatar(Sokrates) Kitabdakı bu alıntı ilə yazarın da bizə çatdırmaq istədiyi odur ki problemlərin bizim üçün yaxşı və ya pis olduğuna biz qərar verə bilmərik. Başımıza gələnlərin niyə gəldiyini bilmirik. Bu həyatı da bilməyə bilməyə təcrübə edərək yaşayırıq... Yazar ailə problemlərinə və ailədən qaynaqlanan problemlərə də toxunub. Əslində gələcəkdə yetkin bir fərd olacaq bir uşağın fərd olma yolundakı problemlərinin, travmalarının səbəbinin ailədən gəldiyini sübut edir kitab. Təbii ki günahı ailənin üstünə atmaqla insanın öz üzərindəki və həyatındakı məsuliyyətlərdən qaçmaq da çarə deyil. Bu ayrı mövzudur qayıdaq kitaba çox uzaqlaşmadan. Kitabda arada motivasiya verici cümlələr də görürük. Noranın özünü tanımasını, nə istədiyini və bu yolda qarşılaşdığı çətinlikləri görəcik. Bu çətinliklərdən çıxartığı dərsləri də təbii ki. ~Doğanın bir parçası olmak yaşama isteğinin de parçası olmaktı. Mənə çox məşhurlaşan bu kitab çox maraqlı gəlmişdi və dedim ki oxumalıyam görüm səbəb nədir. Kitabın birdən birə belə məşhurlaşmasının səbəbini mən də
Gülü
Gülü
nın da öz postunda qeyd etdiyi kimi insanların çətin sınaqlardan keçdiyi bir dövrdə yazılmasında görürəm. Çünki bu mövzu ətrafında yszılan amma bunun kimi məşhurlaşmayan kitablar çoxdur. Amma ümumi hər şeydən yorulduqda, öz həyatınızı sorğuladığınızda, sizi depresiyadan çıxardacaq bir şey axtardığınızda, ən sadəsi oxuma sürətiniz düşəndə və ya oxuma vərdişi əldə etmək istəyəndə bir şans verin.
Gece Yarısı Kütüphanesi
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 2021301 okunma
·
127 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.