Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

672 syf.
9/10 puan verdi
·
Beğendi
·
82 günde okudu
Ax Raskolnikov ax...
Bilirsiz bu kitab məndə başqa bir yazarın yazdığı əsəri xatırlatdı, sanki duyğu düşüncə eyniliyi vardı klassikalar arasında, oxuyanlar bunu xatırladı belə fikirləşirəm, bəli bu "Dirilmə"-di, Lev Tolstoyun qələmindən çıxan klassika. Hər iki kitab eyni xətt boyu hərəkət edir yəni insan taleyin və bu taleydə mənəvi yönüylə bu varlığın enişini, lap dərinlərə varmasını orada öz mənliyi, heysiyyəti, vicdanı, şüuru, qəlbilə çarpışmasını göstərir. Dahi yazarlar baş qəhrəmanlarının düşdüyü nacizanə durumlarını, bir sözlə "ölü" hallarına bir dan ulduzu göstərərək (sənin üçün) bir "dirilmə" var deyər kimi günəşi (ona) bəxş edir. Kitabın yazarı, onun duyğu düşüncələri, məqsədi, yazdığı dönəmi haqda bir çox sözlər deyilsə də mənə işin əsli yox türk qardaşlarımız demişkən "Faslı" lazım. Deməm o ki verdiyi dərs, çıxan məna, ötürülən hisslər oqədər dərin və gerçəycədi ki təsirlənməmək əldə deyildi. Sizlərə şiddətlə tövsiyyə edir və hərzaman söylədiyim kimi "ilk öncə klassiklər" deviziylə çıxış edirəm :) Xoş mütaliələr
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Parlaq İmzalar · 2021159,1bin okunma
·
1 artı 1'leme
·
712 görüntüleme
Aybəniz İmanlı okurunun profil resmi
"İlk öncə klassiklər" Mən də qoşuluram) 🤝
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.