Nə çox dərdi var insanların..
7/10
·196 syf.··
2023 29. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Şubat 2023 21:58
Gelirken Ekmek Al Həyatın içindən hekayələr. Yaralar, dərdlər insanın içinə toxunur. Nə qədər bədbəxt insan var deyə düşünürdüm oxuduqca. Nə qədər bənzər həyatlar, bənzər yaralar var. Nə qədər pis böyüyən, bədbəxt uşaqlar, yarım qalmış, boy atmış, amma əslində o qədər böyüməmiş uşaqlar var ki. Ya da vaxtından tez böyümüş, uşaq belə ola bilməmişlər, uşaqlığı oğurlanmışlar, uşaqlığın belə çox görüldüyü o yaşaya bilməmişliklər. Ailənin oyuncağı olan uşaqlar. Ən çox ata yarası, problemli ailələr, yaralar qurusa da, qabıq bağlasa da heç vaxt tam olaraq keçmir onu da təkrar göstərən hekayələr. İllər, əsrlər dəyişsə də nə acıdır ki sadəcə evlənmək üçün evlənən insanlar olduqca bədbəxt uşaqlar bitməyəcək. Yarım, əskik böyümüşlüyün dərmanı, müalicəsi yoxdur. Ən böyük yanlış, cəza, insanı yavaş- yavaş öldürən şey yanlış evlilikdir. Belə qərarlarla ömrünü, yaşamını yanlış insana, yanlış həyata qurban verməməlidir insanlar. Şermin Yaşar qələmini bəyənirəm, tövsiyə edirəm.
Hayata Dair
Gelirken Ekmek AlŞermin Yaşar · Doğan Kitap · 20259,7bin okunma
·
122 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.