Gönderi

9/10
·176 syf.··
Beğendi
·
2023 2. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Şubat 2023 22:21
İlk dəfədir Afrika ədəbiyyatından bir şey oxuyurdum. Nigeriyalı yazıçı Çinua Açebe'nin "Xalq Adamı" kitabı Nigeriyanın post-koloniyalizm dövründə ölkədə baş verəcək olan ilk hərbi çevrilişdən günlər öncə yayımlanıb. Kitab orta məktəb müəllimi olan gənc Odili'nin öz müəllimi Şef Nanqa'nı ziyarəti ilə başlayır. Şef Nanqa müəllimliyi siyasətə atılmaq üçün tərk edir, azadlığını yeni qazanmış ölkədə yaxşı əlaqələri sayəsində Mədəniyyət naziri vəzifəsi qazanır. Odilinin Nanqa'nı ziyarəti əsnasında baş verənlər onu Nanqa'ya rəqib olaraq siyasətə qoşulmağa vadar edir. Yeni qurulan Sıravi Xalq Partiyası sıralarına qatılıb Nanqa ilə öz bölgəsində mübarizəyə başlayır. Kitabda ali təhsilli şəxslərə, cəmiyyətin savadlı, ziyalı qisminə qarşı yaradılan nifrət, "Oksford oxumuş talançılar" obrazı yaxşı təsvir edilib. "İngilislər ölkəmizi yedi dağıtdı, indi azadıq və zəngin ölkəmizi özümüz idarə edib gözəl həyat yaşayacağıq" kimi vədlərlə hakimiyyətə gələn, sonrasında isə xalqı və büdcəni yeməyə digərlərinin qaldığı yerdən davam edən siyasətçilər hardansa tanış gəldi amma dəqiq tuta bilmədim. Rəqiblərinə rüşvət verərək seçkidən uzaqlaşdırmaq istəyən siyasətçilər də həmçinin. Xülasə Afrika ədəbiyyatından ilk oxuduğum əsər, məni bu qitənin ədəbi yaradıcılığına daha çox diqqət yetirməyə sövq edir. Açebe'nin kitablarından davam...
2023 Okuma Raporları
Halk AdamıChinua Achebe · İthaki Yayınları · 2021128 okunma
·
100 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.