Gönderi

Tərcümələr...
Hüzur
Hüzur
"Hüzur" kitabı bütün hüzurumu aldı apardı. Amma kitabın özü yox. Təəssüf ki, əsərlə tanış ola bilmədim. Bərbad tərcüməsi buna mane oldu! Ən rahat bildiyimiz dil türk dilidir, amma ən bərbad tərcümələr də bu dildən olan əsərlərdə özünü göstərir. Axı niyə işə ciddi yanaşmır tərcüməçilər?! Bu oxucu haqqının tapdanmasıdır. Hərfi tərcüməni elə google tərcümədən özümüz edə bilərik. Amma işinin peşakarı olan tərcüməçinin bizdən fərqi dilimizin təbiətini, qanunauyğunluqlarını mükəmməl bilməsi və ona uyğun olaraq əsəri dilimizə çevirməsidir. Kitabı ilk səhifələrindən yarımçıq qoymalı oldum. Əsərlə tanışlığım qaldı türkcəsini alacağım günə...
·
24 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.