Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

248 syf.
6/10 puan verdi
·
49 günde okudu
Varlı və soy-köklü Sinclair ailəsi hər il nənə və babalarının olduğu Kayın adasına gedirlər. Adada bir yerə yığılan bacılar və onların uşaqları günlərini xoş, qızıldan dəyərli vaxtlarını birlikdə keçirirlər. Bu sözləri miras, atalarından qalacaq olan sərvət üstündə mübahisə aparan bacılara aid etmək nə dərəcədə düzgündür, bilmirəm... Uşaqlar-Cadence, Mirren və Johnny özlərini "Yalançılar" adlandırırlar. Kitabın irəliləyən bölümlərində onların əyləncəli söhbətlərinin, macəralarının və bir müddət sonra adaya gələn Gat və Cadence'in sevgi həyatının şahidi oluruq. Cadence keçirdiyi ağır bir qəzadan sonra, demək olar ki, yaddaşını tamamilə itirir. Bir müddət adaya yox, atası ilə başqa ölkələri səyahət edən Cadence bu müddət ərzində "Yalançılar"a məktublar yazır, ancaq təəssüf ki, onun məktublarına heç kim geri dönüş etmir. Kitabın sonuna gəldikdə heyrətlənməmək, bir hissəni dəqiqləşdirmək üçün bir dəfədən çox oxumamaq mümkün deyil. Yekunda əslində E.Lockhart'ın kiçik, gizli detaylar qoyduğunun fərqinə varmaq olur. Ümumilikdə, kitabı bəyəndim, ya yox deyə soruşacaq olsanız, cavabım "sonunu bəyəndim" olardı. Çünki kitabın kulminasiya nöqtəsinə çatana qədər bir neçə dəfə yarıda qoymaq barədə düşündüm. Ancaq kitabın zirvəsinə çatdıqda isə həyəcandan bir gün ərzində bitirdim. Kitabla və sevgi ilə qalın. Kitabla qalırsınızsa, deməli, siz onsuz da sevgi ilə qalırsınız...
E. Lockhart
E. Lockhart
Yalancılar
YalancılarE. Lockhart · Pegasus Yayınları · 20171,700 okunma
·
122 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.