— Fəzilət uğrunda döyüş həmişə çətin olur .. “ deyir Mahir
Bir yolculuq düşünün; addım-addım, bəlkə bir az yorularıq, bir az məsafə aralıqları bizim üçün sıxıcı gələr ancaq bütün bunları çox da hissetdirməyən bir mənzərə və nəticə var zehnimizdə.
İlk əsəri Ağıllı Qisas ilə qələmini; tarix qoxan, bir balaca psixoloji yanaşmaların olduğu, hərb şəraitində münasibətlərin tənzimlənməsindən bəhs edən sətirlərlə tanış edən müəllif;
Pakistan, Əfqanıstan ölkələrinə məxsus, müxtəlif adət-ənənə və kəlimələrlə, əsərə biraz daha maraq qatır deyərdim. Məsələn; Pakistanda ordunun kiçik hərbi rütbəsi “Sepoy” adlanır. Və bir neçə lüğət çıxarası olsaq
Beta - oğul,
Masher - başçı
Afsoosnak khabar - təəssüfləndirici xəbər
Xor - bacı (puştuca)
#alıntı /
• Fikirlərinizin tutarlığına irad tuta bilmərəm, sadecə öz nöqteyi-nəzərimdən çıxış edə bilərəm.
• - Fədai nə deməkdir?
+ Birinin başqaları üçün, ya da müəyyən səbəb naminə öz həyatını fədakarcasına qurban verməsidir.
“Həyatımızı kimdən ötrü qurban veririk və müəyyən dediyin o səbəb nədir?”
____________
• Çay / qəhvənizin yanında oxuyabiləcəyiniz bir kitabdır Ağıllı Qisas
Oxuyacaq olanlara isə gözəl mütaliələr diləyirəm.
• Kitabla qalın 1000Kitap ailəsi! •