Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

100 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əbədiyyət uğrunda gedən döyüş? - Gecə uçuşu
Kitabı oxuyarkən öz - özümə dediyim bir cümlə var idi. "Heç belə bir kitab oxumamışam". Ona görə yox ki, çox mükəmməldir və ya çox pisdir. Sadəcə kitabda sezilən şirin bir ahəng vardı. Ekzüperinin rəvan dili və əsərin mövzusunun mürəkkəbliyi. Əsər poçtlar daşıyan pilotun - Fabyenin məşəqqətli yolu haqqındadır. Bu yolda o yalnız təbiətlə mübarizə aparmırdı. O həm də özü də bilmədən vəzifəsini dünyadakı hər şeydən üstün sayan müdiri ilə mübarizə aparırdı. Sonda məğlubmu oldu, qalibmi oldu, oxuyanda özünüz görəcəksiniz. Amma bu cavabı yazar konkret vermir. İnsan özü başa düşür. Hər nə qədər inanmaq istəməsə də.... Fabyenin müdiri Rivyer. Dərinliklərinə qədər yazılan bir obraz. Hər nə qədər də məqsədləri uğrunda hər şeyi gözə alsa da, əsər boyunca öz - özü ilə mühakimə aparır. Və deyir: "Hansı zərurətin naminə, hansı qəribə məhəbbətin naminə qədim xalqların rəhbəri idarə etdiyi xalq kütlələrini dağın başında məbəd ucaltmağa vadar etmiş və onları özlərinin əbədiyyətini yaratmağa məcbur etmişdi? " Bəlkə də Rivyer haqlı idi, böyük tarixlər boyu yaddaşa yazılacaq əbədiyyətlər yaratmaq üçün nələri isə qurban vermək lazım idi. Nəhəng dünyalar üçün kiçik dünyaları görməzdən gəlmək lazım idi. Kiçik dünyalar içində çırpınan ürəkləri susdurmaq lazım idi, səssiz həyatları, saf ümidləri silmək lazım idi.....
Gece Uçuşu
Gece UçuşuAntoine de Saint-Exupéry · Dünya Yayıncılık · 20052,507 okunma
·
238 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.