Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

224 syf.
10/10 puan verdi
·
6 günde okudu
"Narnia Günlükleri" seriyasının üçüncü kitabı "At ve Çocuk" ♡ Narnia indi oxuduğum bu zamanlardan çox-çox əvvəllərin, uşaqlığımın ən gözəl miraslarındandır mənə. Atamla olan ən gözəl xatirələrdən. "Keçmişindən nələr üçün darıxırsan?" deyilsə əgər, şübhəsiz ki, indi yalnız o zamanlar üçün darıxacam. Bu suala verəcəyim cavabları dəyişəcək amma zaman... İndi zaman üçün; sonralar isə zamanın axarında itib-gedənlər üçün... Duyğularımdan sonra kitabın şərhinə keçid edim indi isə. Özümdən biixtiyar bir şəkildə, "Narnia" filmlərini izləməyən insanlara böyük təəccüblə yanaşıram, təbliğat aparıram, izlətdirirəm. Seriyanın ilk kitabı ilə bağlı bir film yoxdur, Narnia'nın yaradılışından bəhs edir, təməl kitab kimi də nəzərdə tuta bilərik. Amma belə bir gerçək var ki, ilk kitab xronoloji sırada ilk olaraq yazılmayıb. Yazıçı daha sonradan buna ehtiyac duyub. İkinci kitabın isə filmi mövcuddur, candır. Bunu oxuyarkən film səhnələrinin insanın gözü önündə canlanması, bu təsəvvürün verdiyi xoşbəxtlik tamam fərqlidir. Üçüncü kitabı, yəni "At ve Çocuk"u oxuyarkən fərqinə vardım ki, filmi çəkilməmiş olan bu kitab öncəkindən daha həyəcanlı duyğulara qapdırır insanı. Böyük ehtimalla, filmlərlə öncəki kitabın o həyəcanını artıqlaması ilə yaşamışam deyə belə hiss edirəm. Amma yenə də seriyanın bütün kitablarının filmlərinin olmasını çox istərdim. (Qısacası, ilk 3 kitab arasından favoritim "At ve Çocuk". ) Narnia ölkəsi bir şedevr ola bilər, amma kitabların o möhtəşəmlikdə olmaması kimi bir gerçək var. Oxuyub dərdindən ölməzsiniz, əldən-ayaqdan da getməzsiniz. Amma sadəliyində, verdiyi gözəl və dəyərli mesajlarında, ən önəmlisi isə, doğmalığında əksik gördüyünüz hər şeyi tamam edə bilərsiniz. Şərhim bir qədər duyğusal və romantik oldu, bəlkə də. Yenicə bitirmişdim kitabı. Zaman keçdikcə, beynimdə bəzi məqamları dəqiqləşdirdikdən, ətraflı götür-qoy etdikdən sonra daha məntiqli düzəlişlər edərəm. Amma indilik belə duyğu dolu qalsın. Nə edək, mən də çox zaman məntiqinin yox, duyğularının dustağı olanlardanam)
At ve Çocuk
At ve ÇocukC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,556 okunma
·
190 görüntüleme
Arreniuss okurunun profil resmi
Ciddən bu seriyanı çox sevmişdim. Həqiqətən oxumağa dəyər seriyadı. Əllərinə və klaviaturana sağlıq💜
Samirə Abbasova okurunun profil resmi
Təşəkkür edirəm, Baharrr💜
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.