Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

143 syf.
8/10 puan verdi
Əslində hər kəs, günü naməlum bir ölümün məhkumudur.
ᖴəᖇIᗪ İᔕᗰᗩYıᒪOᐯ
ᖴəᖇIᗪ İᔕᗰᗩYıᒪOᐯ
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son Günü
Victor Hugo
Victor Hugo
Görəsən yazıçılar necə bacarırlar özlərinin yaşamadıqları hadisələri,hiss və həyacanları bu qədər möhtəşəm təsvir etməyi? Əsərdə edam məhkumunun yaşadığı son günlər öz dilindən nəql edilir. Kitabda həmçinin həmin dövrün ölüm hökmü ilə bağlı tükürpərdici faktlara da yer verilib.Mənim üçün ən nifrətdoğurucu fakt isə insanların acgözlüklə,sevinclə, ehtirasla bu edamları izləmələri olması.Edamın ən qorxunc tərəfi isə onun həyata keçirilmə metodundan çox,ölümü gözləməkdir.Bunu bilərək yaşamaqdır. Yazıçı hər şeyi elə gözəl qələma alıb ki, məhkumun təəssüratlarını bölüşməmək mümkün deyil.Mən həmişə düşünürdüm ki, ömürlük ağır həbs həyatı ölümdən daha çətindir insan üçün amma bu əsəri oxuduqdan sonra bir daha anladım ki insan bu həyata necə də bağlı imiş İlahi! Əsərin qəhrəmanı da əvvəl ölümü katorqa həyatından üstün tutsa da ölümə yaxınlaşdıqca ah necə arzulayır katorqanı! Ömür boyu başqalarıyla bir-birinə qandallanmış şəkildə ağır zəhmətə qatlaşaraq,bütün əzab-əziyyətlərə dözərək yaşamağa razıdır.Təki Yaşasın günəşi görsün, nəfəs alsın! Ah bircə qurtula bilsəydi bu ölümdən.Nə yolla olur olsun! Edam sadəcə məhkum üçün faciəvi deyil,onun ailəsi üçün də dəhşətdir. Bir məhkumun simasında gör neçə insan ölür. Bir ata,bir oğul,bir həyat yoldaşı.Əsər də ən təsirli məqamlardan biri də məhkumun qızı ilə son görüşü idi. Bu görüşün ən dəhşətli nüansı isə körpənin atasını tanıya bilməməsi oldu.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0120,2bin okunma
·
396 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.