1984George Orwell
Distopik gələcək mövzulu oxuduğum ilk əsər. Bir janra giriş üçün yetərincə xarakterik, xarakterik olmaqla yanaşı çoxqatlı və orijinal. Əsərdəki motivlər əsla çeynənmiş təəssürat bağışlamır. İnsanın tanış zənn edə biləcəyi süjet xətləri namümkünlə təmas edəcək qədər mübaliğə ilə təqdim olunsa da, ssenari qətiyyən namümkün təsiri bağışlamır.
Əsərdə hər kəs öz istədiyini tapa bilir. Siyasət, fəlsəfə, tarix, cəmiyyət, sevgi, sədaqət — həyatın hər bir aspektinin distopik bir dünyada necə bir alternativ reallıq halını ala biləcəyi mövzusunda real bir çalışma.