Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

128 syf.
7/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Oxumasanız olar, oxusanız dəyər.
Ətrafımda hər kəsin oxuduğu kitab idi və bu sıralara mən də qoşuldum. Həcmcə kiçik olması başlamağım üçün əsas stimullardan oldu. Bir-birindən müstəqil lakin ideyaca eyni qapıya çıxan iki hekayədən ibarət olan kitab insan çarəsizliyinə xitab edir. İlk hekayədə bir qadının qəlbində illərlə gizli tutduğu bir keçmişə gedirik və qumarın necə böyük bir bəla, ona alüdə olduqdan sonra ayrılmağın güc, həyatımızda ani və hisslərlə verilən qərarın çox zaman səhv olduğunu görürük. O qədər təsir etmədi mənə amma Zweigin cümlə qurmaq ustalığı bambaşqa bir aləm oldu mənim üçün. Məni daha çox özünə çəkən ikinci hekayə oldu. Bir atanın öz ailəsi, həyat yoldaşı, qızı barəsindəki xəyal qırıqlığı oldu. Ailəsini tanıdığını sanan ama özündə tanımayan bir ata. Bəzi yerlərdə ifratçılığa gedilsə də hissləri çox mükəmməl təsvir olunmuşdu mənə görə. Həyatımızda necə pul, vəzifə arxasıca qaçırıqsa ailəmizi unuduruq, onlara yadlaşırıq. Bunun mesajını vermək istədi kitab. İnsan gərək özünə peşə, sənət seçərkən belə indi yoxsa da, gələcəkdə olacaq ailəsini, ona ayıracağı vaxtı da düşünməlidi. Ailəmlə gözəl və birlikdə həyat keçirməyəcəmsə nə mənası var vəzifənin. Bu ikisinin də dünya həzzi olduğunu qırağa qoyaraq sadəcə bu dünya üçün yaşayan insan gözü ilə, düşüncəsilə yazdım bu incələməni.
Bir Kadının Yaşamından 24 Saat - Bir Yüreğin Ölümü
Bir Kadının Yaşamından 24 Saat - Bir Yüreğin Ölümü
Stefan Zweig
Stefan Zweig
Bir Kadının Yaşamından 24 Saat - Bir Yüreğin Ölümü
Bir Kadının Yaşamından 24 Saat - Bir Yüreğin ÖlümüStefan Zweig · Can Yayınları · 20166,6bin okunma
·
643 görüntüleme
Aybəniz İmanlı okurunun profil resmi
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört Saat
bu kitabı oxumuşdum,ancaq
Bir Yüreğin Ölümü
Bir Yüreğin Ölümü
hekayəsini ilk dəfədir eşitdim... Təşəkkürlər✨
Nəimi okurunun profil resmi
Siz sağolun, çox kiçikdi zatən. Və çox da dərin deyil, sadəcə özünü ata roluna qoyan insana təsir edə bilər.✨
1 sonraki yanıtı göster
Esmira Hesenova okurunun profil resmi
Bildiyim qədəri ilə yazarın buna bənzər 2 daha əsəri var. Bilinməyən bir qadının məktubu və amok koşucusu. Növbə ilə bu şəkildə oxunulsa daha aydın olur
Nəimi okurunun profil resmi
təşəkkürlər, nəzərə alacam))
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.