9/10
·160 syf.··
Beğendi
·
2023 7. kitabı
·
30 saatte okudu
·
Okunma: 12 Nisan 2023 10:48
Azərbaycan ədəbiyyatından oxuduğum azsaylı və məndə dərin iz buraxan bir əsər oldu. Əsərdə olaylara həm Səriyyənin, həm Adilin dilindən yer verilməsi xüsusilə təsirli idi. Hər ikisinin fikirlərini oxuduqca eyni zamanda həm qınayıb, həm anlayışlı qarşılamağım, ikisi üçün də həm təəssüf hissi keçirib, həm acıqlanmağım əsərin necə dərin duyğulara toxunduğunun bir sübutu ola bilər. Səriyyə və Adilin hekayəsini oxuyarkən yazıçı bizə əmin olmadan atılan addımların necə məyusedici nəticələri ola biləcəyini bir daha göstərir. Və bəzən çəkinsək də, o cəsarətli addımı mütləq və gec olmadan atmağın nə qədər vacib olduğunu.. Kim bilə bilərdi ki, onların uzaq yolları bir-birinə qovuşdurmaq üçün tikdiyi körpü güclü yağışlara, sellərə davam gətirərkən, bir-birinə həyat yolunda birlikdə olacağına dair söz vermiş iki insanın qəlbləri arasındakı, təməli heç də möhkəm olmayan körpü isə hətta insan təbiətində əsən kiçik soyuq küləklərə belə davam gətirə bilməyərək məhv olmağa məhkum olacaq. Və qalın divarlarla əvəz olunacaq..
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0749 okunma
·
361 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
İlk incələməniz mübarək ✨✨✨
Aytac Yusifova
Gönderi Sahibi
Təşəkkürlər ✨