·288 syf.··Beğendi
···Okunma: 12 Nisan 2023 10:05 10/10
Nəhayət ki, 2023-ün ilk kitabını bitirdim. 2022 ci ilin son günlərində yaşanan xoş təlaşlar səbəbindən kitab bitirə bilməyəcəyimi sandım biran:( xülasə, kitab sözün əsl mənasında mükəmməl idi. Qadın mövzusu timsalında bütün çatışmazlıqları çox gözəl bir üslubda təsvir edir, həll yolu variantları təklif edirdi. Bu kitabı mütaliədən sonra anladım ki, bizə tanıtdırılıb qəbul etdirilməyə çalışdıqları din əslində islam yox, adət-ənənələrdir. Yazarın keçmiş bu gün və gələcəyin sintezindən ortaya çıxardığı düzgün islami həyat sistemi sadəcə fövqəladə idi!
Hər kəsə bir dəfə mütaliə etməsini tövsiyə edəcəyim kitablar içinə daxil oldu. Oxuyacaq hər kəsə xoş mütaliələr diləyirəm!:)