Gönderi

Ağıllı Qisas
7/10
·174 syf.··
Beğendi
·
2023 10. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Nisan 2023 00:07
Mahir bəyin ilk kitabı olan #agilliqisas kitabı və ədəbiyyata gəliş münasibətilə təbrik edirəm. Kitabı dilimizə Svetlana xanım tərcümə edib, Bookzone tərəfindən nəşr olunub. Həm tərcümə, həm də kitabın keyfiyyəti mükəmməldir. 2001-ci il Əkiz Qüllələrə olan hücumdan sonra Əfqanistana hücumu zamanı ailəsini itirən İsgəndərin qisas və qurtuluş hekayəsindən bəhs edir. Maraqlıdır ki, əsərin əvvəli çox düz və nəqli üslubda irəliləyir, lakin bir mərhələdən sonra daha maraqlı və axıcı hal alır. Düşünürəm ki, mən terrorla mübarizə, beynəlxalq təhlükəsizlik üzrə akademik təhsil aldığım üçün əsər mənim üçün bir qədər boşluqlardan ibarət idi. Bir də hadisələrin çoxunun “müsbət” sonluqla bitməsi inandırıcılıqdan uzaq səslənirdi. Başlanğıcda fərqli hekayələr kimi başlayıb, sona doğru birləşməsi və baş obrazın ətrafında cərəyan etməsi maraqlıdır. Lakin, düşünürəm ki, Gülay Lalə obrazı müəyyən hissələrdə İsgəndər obrazından daha güclüdür. Əsərdə ailə qisası, sevgi, qadın və insan hüquqlarının tapdalanması, siyasi qarşıdurmalar kimi mövzulara toxunulub. Mahir
Edebiyat
Ağıllı QisasMahir · İz Nəşriyyatı · 012 okunma
·
157 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.