Gönderi

Niyə belə gec oxudum …
9/10
·335 syf.··
Beğendi
·
2023 6. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Nisan 2023 20:31
Kitabın ətrafımda oxuyanlardan eşitdiyim qədərilə tərifləndiyini çox eşitmişdim, amma bu qədər təsir edəcəyini düşünməzdim. Əsərin qəhrəmanı Artur 19 yaşlı, anasını yeni itirmiş, yanında sadəcə padre Montanelli olan, ona güvənən gənc bir oğlandır. O İtaliyanların qurduğu bir siyasi təşkilata, üsyana üzvdür və bunun onun həyatına edəcəyi təsirlərdən o qədər də xəbərdar deyil. İştirakçı olaraq tutulub, həbsə atılıb, günlərlə əziyyət görür. Bunlar ona heçnə etməsə də, ən yaxının ona yalan dediyini öyrənib, düşünməsi kitabı tamam başqa yönə aparır. Artur artıq Ovoda çevrilir. Əsl əziyyətlər isə bundan sonra başlayır… Kitabı gec oxuduğum üçün peşman, oxuduğum üçün də sevincliyəm. Bir oxucunun daha dediyi kimi, “unudub yenidən oxumaq istərdim”. Qırılmış dostluqda görüşmək ümidi ilə Xoş mütaliələr :)
Hayata Dair
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20122,312 okunma
·
740 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Məlumat üçün deyim ki, 2 və 3-cü kitabları da varmış, mən yeni öyrəndim.
Narmin Gafarova
Gönderi Sahibi
Nəimi o arturun gəmidən sonrakı periodudu
Akışda Rivaresi görmək, yenidən xatırlamaq, Arturlu günlərə qayıtmaq...Bəli, Qırılmış dostluq Ovod təsiri yaratmaya bilər. Ancaq Arturun natamam qalmış duyğularını bu kitabda oxumaq, ən azından mənim üçün onun hansı əzablardan, necə bir keşməkeşli yollardan keçdiyini öyrənmiş olmaq və onu daha yaxşı analamağa səbəb olmuşdu. Yorumları oxudum, Nəimi bəy xatırlamır, mən söyləmişdim 3cü hissəsi də var və mənim oxuduğum dövrdə rus dilində idi. Artıq tərcümə olunmuş olunması kitabı oxumaq istəyənlər adına sevindirici haldır. Sizin üçün bu kitabın davamı olaraq heç də maraqlı olmayacaq. Ancaq sadəcə gözəl bir roman oxumaq istəsəniz, oxumağa dəyər məncə. Kitabda Arturun ana tərəfdən ulu nənəsinin həyatı verilir. Yazıçı öz dəsti xəttinə sadiq qalara keçmişə doğru irəliləyir kitablarında. Xoş mütaliələr diləyi ilə 🌼
Narmin Gafarova
Gönderi Sahibi
Çox sağolun açıqlama və düşüncələriniz üçün, oxuyacam ikincini də. Sizə də xoş mütaliələr☺️
Yox orda keşiş yoxdur arturn cenubi ametikada başqa öklelerde olan maceralarindan behs edir yeni beyenmedim men. Oxumaq lazim deyil mence. En yaxşıs ele ovoddur ardi sanki yamaq kimi gelir. Biz oxuyuruq ovod olur esrede. Sonra bir de baxrsan tv seriali kimi dirilib o hissleri anlata bilçirem tesuf hissi😀
Narmin Gafarova
Gönderi Sahibi
Bilirsiz qəribə gələn budu insana ki, ovodda artıq sonunu bilirəm deyə, qırılmış dostluqda həyatının müəyyən periodunu oxumaq o qədər də həyəcanlı gəlmir, oxuyacam yenə də, amma ovod kimi olacağını mən də düşünmürəm