Həyat kimi kitab - 1984.
10/10
·352 syf.··
Beğendi
·
2023 3. kitabı
·
40 günde okudu
·
Okunma: 07 Mayıs 2023 22:40
Əminəm ki, bu kitabı oxuyanda hamı ən azından bir dəfə "bu mənə çox tanış gəlir" deyib və ya deyəcək. Kitabı oxuyanda durmadan düşündüyüm bir şey var idi. Necə bir insan bu qədər dərin xəyal gücünə sahib ola bilər? Hansı yolla bu qədər dəqiqlik və mükəmməlliklə heç olmayan bir həyatı təsvir edilə bilər? Lakin cavabları tapmaq elə də çətin deyil. İkinci Dünya müharibəsindən sonrakı həyat şəraitinin belə bir romanın yazılmasına səbəb olmasını çox da möcüzə adlandırmaq olmaz. Kitabda bizlərə, ümumilikdə insanlıq tarixinə tanış olan tiranlıq, totalitar rejim, propaqanda yüksək səviyyədə təsvir edilib. 1948-ci ildə yazılan bu romanın elmi və bədii gücü bu gün də insan psixologiyasına təsir edir. Kitabın bəzi hisslərini oxumaq olduqca ağır olsa da, sona yaxın oxucu obrazlarla, xüsusilə baş obraz olan Winston Smithlə çox dərin və duyğusal bağ qurur. Orwellin jurnalist olması onun dünyada baş verən bütün siyasi - sosial hadisələri dərindən dərk etməsinə səbəb olub. Nəticədə də belə güclü, analitik zəkanın bir məhsulu olan şah əsər ortaya çıxıb. Kitabdan və yazardan çox danışmaq olar. Bu əsərdəki yeniliklərdən də danışmamaq olmaz. Məsələn, Orwell bu kitabda yeni terminlərdən, söz birləşmələrindən istifadə edib. Məhz həmin sözlər də bu gün pop culture dediyimiz dünyaya yeni baxış bucağı gətirib. Digər fərqlilik isə yazarın kitabın içində bir başqa kitab yazmasıdır. Goldstein adlı qəhrəmanının yazdığı kitaba əsərdə böyük yer verilib və səhifələrlə oxucu həmin kitabı oxuyur. Həmin kitab yazarın bəhs etdiyi dünyanı təhlil edir, onun zəif və güclü nöqtələrini göstərir. Kitabda bu cür fərqli və yeni məqamlar çoxdur. 1984, yaxşı ki, oxumuşam dediyim kitabların sırasına daxil oldu. Çox bəyəndim. Gələcəkdə bir daha oxumaq istəyərəm.
Roman
1984George Orwell · Türkiye İş Bankası Kültür Yayınları · 2021200,2bin okunma
·
187 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Orwell'in digər əsəri Hayvan çiftliyini də oxumanızı tövsiyə edirəm. 1984'dən sonra ən məşhur əsəri))
Chimnaz
Gönderi Sahibi
çox əvvəl o kitabı yarıda qoymuşam, mütləq oxuyacam amma.