Puan vermedi·125 syf.··
2023 3. kitabı
“Fareler ve İnsanlar” kitabı 1930-cu ilin böhranlı amerikasında iş axtaran iki dostun yaşadığı hadisələri ələ alır.Corc və Lenni dolanışıq üçün fermalarda muzdarlıq edən,gəzginlərdir.Uzun müddət bir yerdə olmalarına baxmayaraq,iki ziddiyət təşkil edən xarakterə sahibdirlər.Lenni cüssəli amma saf,Corc isə əksinə,bəstəboy və ağıllı biridir.Lenninin yumşaq əşyaları oxşama istəyi,onun özü də bilmədən başına problem açır,Corc isə bu durumlardan baş çıxarmağa çalışır,və şəfqət duyğusu ilə Lenniyə həmişə sahib çıxır.Lenni də bunun fərqindədir və ən dəyərli varlığını Corc ilə dostluğunda görür.Ona qərar vermə mövzusunda güvənir və özünü sahiblənmək üçün ona təslim verir. Yaşadıqları ayrı bir problemli hadisədən sonra başqa bir yerdə gəlib çalışmağa başlayırlar.Corc Lenniyə pul yığıb ayrı bir ferma açmaq barədə olan xəyalı danışır,Lenni isə fermada dovşan alıb onları oxşamaq istəyinə tutunurdu.Corc bu xəyaldan əmin deyil,amma Lenni bu xəyala çox güclü tutunur,Corcdan da tez-tez təkrarlamasını xahiş edirdi. Lennidən fərqli olaraq çalışdıqları fermada tanıdıqları Croocks xarakteri xəyalpərəstlikdən uzaqdır.Lenni xəyalları barədə danışdıqda Croock ona dəli kimi baxırdı.Croock belə insanları çox tanıdığını,onların da eyni xəyalları qurub axırda heç nə əldə eləmədiyini söyləyir. Bunu insanların heç vaxt gedə bilməyəcəyi,amma haqqında bol-bol danışa bildikləri “cənnət” düşüncəsiylə bir tutur. Corc hekayənin sonlarına yaxın anlayır ki,Lenni iıə qurduğu planlar artıq gerçəyə yaxın deyil.Ondan son ümidini də kəsir.Hekayənin sonunda Lennini öldürməsi ilə xəyal da sonlanır. Ayrıseçkilik Əsərdə toxunulan mövzulardan biri “ayrıseçkilikdir”.Ən bariz nümunə Crooks obrazıdır,qara dərili olduğuna görə digərlərindən təcrid olunmuşdu. Cinsiyyət ayrıseçkiliyi olaraq Curlynin arvadı obrazını göstərmək olar.Adının qələmə alınmamasının səbəbi o dövrdə qadınların sadəcə bir kişinin mülkiyyəti olaraq görülməsidir.O həmin dönəmin yeni qadın profilini yaratmışdı:ön planda olmaq,hazırcavab,özgüvənli,baxımlı,azad ruhlu vəs.Amma bəzi oxuyucular (içi mən qarışıq) bunu flörtöz xarakter olaraq gördü.Roman boyunca pislənən bu obraz axırda öldürülərək cəzalandırıllrdl.Ərinin davakar davranışlarına görə,fermadakılar ondan başlarına oyun açacağını fikirləşərək uzaqlaşırdılar.Beləliklə də,Curlynin arvadı daha da tənhalaşdı. Başqa bir ayrıseçkilik nümunəsi isə baş obrazımız olan Lennidir.Mən Lennini “yaşıl mil” filmindəki Michael Clarke obrazına çox bənzətdim.Lenni isə həssas insanlara olan ayrıseçkiliyun nümunəsidir. Dostluq Şərtlər dəyişəndə,dostluqlar da mı dəyişir? Lenni və Corcun dostluğu nə qədər ideal görünsə də,hekayənin sonunda bundan şübhə duyuldu.Çox insan Corcun yerində olsa Lennini öldürməyəcəyini deyir,amma o dövrün baxış bucağı ilə baxmır.Bundan belə çıxır ki,necə qərar veriləcəyini o şərtlərdə yaşadığına görə ən yaxşı Corc bilirmiş. Hekayədə tez-tez Corc Lennidən şikayətlənirdi.Mən isə oxuduğum müddətdə fikirləşdim ki, görəsən Corc niyə Lennidən narazı olduğu halda onu tərk etmir.Bunun birinci səbəbi-sizcə kim yanında itaətkar və güclü insanı yanında istəməz? İkinci səbəb olaraq Corcun yalnızlıqdan qorxduğundan Lenni ilə dost olduğunu düşünürəm. Nəticə olaraq, insanlar ayrıseçkilik edirdilər və zalım idilər.Halbuki,daha yaxşı cəmiyyət forması qurula bilərdi.Təəssüf ki,günümüz dünyasında eyni şərtlərlə qarşılaşırıq.İnsan kimi yaşamaq üçün humanist bir cəmiyyət yaradılmalıdır.
Hayata Dair
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,6bin okunma
·
53 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.