Yaşamak utanç veriyor, Varenka...
9/10
·175 syf.··
2023 47. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Mayıs 2023 15:58
Fyodor Dostoyevski ' nin 1846 cı ildə (25 yaşında) yazdığı və ədəbiyyat dünyasına doğru addımlayarkən atdığı ilk addımı yəni ilk kitabıdır. Və fikrimcə ilk kitabı çox uğurlu alınıb. Kitab Varenka (Varvara Alekseyevna) və Makar Devuşkin adlı çox uzaq qohumluq əlaqələri olan ana obrazların məktublaşmalarından ibarətdir. Kitabı "məktub - roman" kateqoriyasına aid edə bilərik. Eyni zamanda Dostoyevski'nin ilk kitabı olmasına rəğmən bu qədər axıcı olması məni təəccübləndirdi. Hətta oxuyarkən qətiyyən sıxılmayacağınızın qarantiyasını verirəm :)) Süjet xəttini çooox bəyəndim. (Hərçənd üzücü sonluqla bitən kitabları sevmirəm ;) Təbii ki Dostoyevski'nin digər əsərləri kimi dramatik duyğular üzərində inşaa edilib. Amma Dostoyevski'nin bu əsərində bizə əsasən saf məhəbbəti çatdırmaq istədiyini düşünürəm. Hər ikisi də (Varenka və Makar Devuşkin) yoxsulluq və səfalət içində + onlara qarşı insanların dedi-qodularına dözüb, səbr edərək yaşayırdılar. Bütün bunlara rəğmən kitabda məni üzən Varenkanın Makar Devuşkin ilə deyil də Bikovla evlənməsi oldu. Bir sözlə hüznlü sonluqla bitməsinə rəğmən çox bəyəndim. (Nədə olsa Dostoyevski'nin qələmindən keçmiş bir əsərdir.) Sizə xoş oxumalar)
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202377bin okunma
··
121 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.