Ölmədən oxunmalı kitablardandır
9/10
·128 syf.··
Beğendi
·
2023 19. kitabı
·
6 günde okudu
·
Okunma: 01 Haziran 2023 18:35
Başlıq: Don Kişot Yazar: Cervantes Səhifə: 229 Nəşr: Anonim Janr: Dünya kassikləri Oxudum: 23.05/01.06.23 Hərkəsə salam İllərdir ki,oxumaq istədiyim,lakin heç cür oxuya bilmədiyim kitablardan biri də bu kitab idi.Niyə bu qədər geciktirdiyimi özüm də bilmirəm.Maraqlısı budur ki,mən də oxumayan digər insanlar kimi bu adı ilk dəfədir eşitmirdim. Don Kişot-hərkəsin barəsində bildiyi bir əsərdir.Öz yazarından daha çox tanınan kitablar silsiləsinə daxil etmək olar. Əsəri olduğundan tamam fərqli təsəvvür edirdim.Başlarda uşaqlara xitab olunmuş bir əsərmiş kimi oxumağa başladım.Daha sonra,dərin mənalı fikirləri,sözləri ilə bunun belə olmadığını gördüm. Həm çox komik,həm də eyni zamanda insanı düşünməyə vadar edən bir kitabdır.Bəzi cümlələri başa düşmək üçün dəfələrlə oxuduğumu xatırlayıram. Əsərin qəhrəmanı ədəbiyyat sevgisi olan və macərapərəst biridir.Əsər boyunca dayanmadan fərqli macəralara atılır.Şəxsən mən,sonunu biraz bəyənməsəm də ümumi olaraq çox bəyəndim.Əsərdə ən az Don Kişot qədər Sanço Panzanı da bəyəndim.Əsərə rəng qatan əsas personajlardan biridir. Not: Cervantesin (yazar) Osmanlılara qarşı vuruşduğunu və bir qolunu itirdiyini bilirdiniz?
Edebiyat
Don KixotMiguel de Cervantes · Altun Kitab · 201127,5bin okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.