Bu kitab haqqında səmimi incələmə yazmaq istəyirəm. Doğrusu başda hər şey çox sıradan gəldi. Yəni ilk səhifəsini oxuyanda sizə "yenə sıradan hərbi hekayə" deyə düşünməyə imkan verir. Kitabın üstümdə bu qədər təsir buraxmasını doğrusu gözləmirdim. Bilmirəm, bəlkə də bunun səbəbi mənim çox emosional olmağımdır yaxud başqa bir səbəbəbdirmi, deyə bilmərəm. Kitabda yazar bir çox mövzulara toxunur. Amma əsas mövzu 8 anonim ölkədən, 8 xüsusi təyinatlıya verilən tapşırıqdan ibarətdir. Bu tapşırıq isə "Dünyada xoşbəxtliyi axtarıb tapmaq" dan ibarətdir. Bəli, qəribə səslənə bilər. Xoşbəxtliyi tapmaq. Mücərrəd, xəyali bir məfhumu axtarmaq. Fikrimcə bunu bacarırlar. Düzdür, hər biri xoşbəxtliyi fərqli yerlərdə görürlər. Və bunun səbəbinin hər birinin fərqli xarakterə sahib olmasında və bu səbəbdən də hər birinin mövzuya fərqli pəncərədən baxmasında görürəm. Kitabı ailə üzvlərimə də oxutdum. Və yaxşıki də oxutdum. Sonra kitabı təhlil edəndə onlarında xoşbəxtliyi bambaşqa şeylərdə gördüyünü anladım. Əslində kitabın bu qədər gözəl olmağı bir qədər də oxucuda təəccüb hissi oyadır. Bunun səbəbi kimi həm yazarın çox gənc olması, həm də ilk əsəri olmasını səbəb göstərmək olar. Yazıçımızı bu səbəbdən təbrik edirəm və eyni zamanda məqsədinə yəni düşüncələrini oxucuya çox rahat bi şəkildə çatdırdığını düşünürəm. Əksər yazıçılarda olmasada bir sıra yazıçıların özünəməxsus "yazıçı dili" olur və Asəf bəyində öznəxas sadə və çox gözəl yazıçı dilinin olduğunu düşünürəm. Uğurları daimi və davamlı olması diləyilə. Kitab xoşbəxtlik axtarışında olanlar üçün çox ideal bir kitabdır)) Təəssüf ki, kitab çox kiçik həcmlidir(
Amma bunun 10/10 verməməyimə əsaslı bir səbəb olmadığını düşünürəm
Və sonda Asəf Hüseynov və Nəimi yə kitabı əldə etməkdə mənə kömək etdikləri üçün hər ikisinə də təşəkkür edirəm. Asəf Hüseynov / Hərbistan