Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dəlidir...
Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zindanə, Qoydu rüsvalığı aləmdə Züleyxa, dəlidir. Eşq zəncirinin iftadəsi bir mən deyiləm, Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah boynuna, gah qamətinə, Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutub, Aşiqin qəlbi kimi bülbüli-şeyda dəlidir. Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur, Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir. Əl götürməz bu qaragözlülərin zülfündən, Hər yetən zənn eləyir Vahidi, guya dəlidir.
Sayfa 38 - Parlaq imzalarKitabı okudu
··
142 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.