Gönderi

Mən...
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mən, Öldür məni, asudə elə, ölməliyəm mən. Zülfün kimi ardınca sürünnəm, hara getsən, Hər yerdə döşənnəm yerə, guya xəliyəm mən. Məqsudun əgər canımı almaq isə, zalim, Naz eyləmə, bir kəc nigəhin mətəliyəm mən! Dünya o qədər işvəli dilbər yetiribdir, Çox hüsnünə fəxr etmə, demə şivəliyəm mən. Görsəm ki, salır ləli-ləbi-yarıma meylin, Biganələrin qanını sorram, zəliyəm mən. Hər kim o qara zülfə könül versə, xətadır, Amma yenə mən bəndəm, əcəb gülməliyəm mən! Bilməm niyə məhrular olur talibi-əğyar? Bu hikmətin axır səbəbin bilməliyəm mən. Vahid, mənə cövr eylər o gül, qeyrə məhəbbət, Bilmiş ki, cəfa çəkmək üçün sərfəliyəm mən.
Sayfa 46 - Parlaq imzalarKitabı okudu
··
111 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.