Sanki özünüzü oxuyursunuz.
9/10
·80 syf.··
Beğendi
·
2023 18. kitabı
·
16 günde okudu
·
Okunma: 29 Temmuz 2023 22:53
Açığı kitabın ortalarındaykən ilk dəfə bir Zweig qələmini bəyənməyəcəyimi düşünmüşdüm. Amma tez qərar vermişəmmiş. Kitabın sonda insanlara aşıladığı "Yaxşılıq etməkdən, sevindirməkdən asan nə var?" fikri tam da bugün sadəcə özünü düşünənlər üçün çox gərəklidi. Söz yox, sadəcə özünü düşünənlər kitab oxumur bəlkə də. Elit bir cəmiyyətin fərdi olan insanın ruhi olaraq çökmüşlüyü ilə başlayır kitabımız. Həyatın bir mənası yoxdu onun üçün. Monotondu hər şey. Uzun yazmaq istəmirəm, əsər boyunca həyatda ona eşq, həyəcan verən əməlləri, amilləri axtarır. Ortalarda sıxıldım. Hətta vermək istədiyi ısmarıc belə yolunu dəyişdi. Sandım ki, isyankarlığı, oğurluğu tərifləyir. Bəlkə də eləydi)) Hər birimiz hər gün eyni şeyləri edirik, robot kimi, durmadan. Həyat eşqimiz sönüb biz bunun fərqinə varmadan. Bəzən məqsədsiz yaşayırıq, yaşamayaq gərək. Boşa sərf etməyək gərək. Kitab başlarda və xüsusilə sonlarda elə axıcı dildə yazılıb ki, sanki özün yazıb özün oxuyursan. Gecələr yerimizə girdiğimizdə büründüyümüz kişilik, özümüz olmayan zamanlar, başqalarına - ən yaxınımıza belə deyə bilmədiyimiz sirlər, özünü hamıdan yuxarıda tutan tiplər və bir çox mövzulara toxunulub. Xoş oxumalar. Olağanüstü Bir Gece Stefan Zweig
Stefan Zweig
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,8bin okunma
··
1.685 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Kitabı oxuyarkən bir ara yarı saxlamağı düşünürdüm. Ancaq başladığım kitabı yarı qoymağı da sevmirəm. Özümü zorladım, qaldığım yerdən başladım. Yaxşı ki də, zorlamışam özümü. Kitabın sonunda ifadə etdiyi fikir, qələmindən çıxan cümlələr tək kəlmə ilə mükəmməl idi. Fikirlərinizlə sonuna qədər razıyam. Xoş mütaliələr, kitabla qalın.
Nəimi
Gönderi Sahibi
Təşəkkürlər, mən də eynilə razıyam sizinlə. Çox kiçik həcminə baxmayaraq başlardakı sıxıcılıq bu qədər uzun müddətə bitirməyimə səbəb oldu. Amma yaxşı ki oxumuşam deyəcəyim kitablardan oldu. Xoş mütaliələr🙏✨
Əslində Stefan Zweig qələmindən olan kitablar mənə axıcı gəlir bir neçə saata bitir, ancaq bu kitabın əvvəli sıxıcı gəlmişdi, sonradan axıcılıqla davam etdi. İfadə edilən fikir isə çox önəmlidir.🙃✨ #210559059
Nəimi
Gönderi Sahibi
Satisfied Sizə də həmçinin, indidən xeyirli olsun kitablarınız✨
Bu kitabın əvvəllərində sıxılan tək mən deyiləmmiş. Mən də özümü qınayırdım:(. Sona yaxın maraqlı gəlmişdi😊
Nəimi
Gönderi Sahibi
Aha, eynilə sonda demək istədiklərini sevdim🙂
Bu kitabı okurken başlarda bende sizin gibi düşünmüştüm. Güzel inceleme olmuş dilinize sağlık ☺️🪷
Nəimi
Gönderi Sahibi
Teşekkürler🙏🌷🙂
Gerçekten iyi bir açıklama olmuş.
Nəimi
Gönderi Sahibi
Teşekkürler🙏✨