Gönderi

376 syf.
·
Puan vermedi
·
9 günde okudu
Şeytan obrazını sevə biləcəyim ağlıma gəlməmişdi:)
"-Ancaq məni belə bir məsələ narahat edir: Əgər Allah yoxdursa, sual olunur, insan həyatını və ümumiyyətlə, dünyanı kim idarə edir? -Elə insan özü nizamlayır. -Bağışlayın, idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir müddətə dəqiq planın ola. İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək, min il üçün plan qurmaq imkanına malik olmadığı bir yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil" Belə... İncələməyə başlamazdan əvvəl onu deyim ki, kitab Bulqakovun qələmindən oxuduğum ilk əsərdi. Və yuxarıda qeyd etdiyim dialoq kitabda ən çox sevdiyim hissə oldu. Əsərdə Şeytan Volandın və onun dəstəsinin Moskvada törətdiyi hadisələrdən bəhs olunur. Paytaxtda peyda olan bu dəstə Moskvanı bir-birinə qatır. Əsərdə həmçinin Master və Marqaritanın təsirli sevgi hekayəsi həmçinin İsa Məsih dövründə yaşayan Ponti Plat haqqında hissələr yer alır. Kitab dönəm Rusiyasının fantasktik və gülməli planda tənqididir əslində. Bizi bir növ Moskvaya səyahətə çıxarır. Əsərin yazılma tərzi bəzən insanı sanki yaşanmış hadisələri oxuduğuna inandırır Kitabda simvolik səhnələr çoxdur.Oxuyarkən müəllifin nə demək istədiyini düşünmək məcburiyyətində qalırsan. Bu da bəzən adamı yorur ,düzü. Volan obrazı əsər boyunca ən çox diqqətimi çəkən obraz oldu. Gördüyüm digər iblis obrazlarından fərqli idi. Onun əməlləri və danışığı ilə Berlioz, Latunski, Maygel, Nikanor İvanoviç və digər bu kimi obrazların əsl üzü açılır. Müəllif bir növ şər qüvvə vasitəsi ilə şər qüvvələri ifşa edir. İlk dəfə bir əsərdə şeytan obrazını sevdim. Voland hər nə qədər şər qüvvə olsa da müəyyən qədər oxuyucuya özünü oxuyucuya sevdirə bilir. Həcmindən və bir az əsərin özündən asılı olaraq gözlədiyimdən gec bitirdim. Əsər sanki yavaş irəliləyirdi:( Amma ümumən əsəri sevdim. Oxumağa dəyər məncə.
Master və Marqarita
Master və MarqaritaMihail Bulgakov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20067,2bin okunma
·
1 artı 1'leme
·
141 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.