Puan vermedi·264 syf.····Okunma: 13 Ağustos 2023 13:46 Ülviyyə Tahir'in qələmindən olan "ALJİR", yazıçının oxuduğum ilk əsəri oldu.
Kitab 1930-cu illərin repressiya qurbanlarının yaşadıqlarını nə qədər acı olsa da, çox aydın və gözəl şəkildə bəhs edir. Oxuduqca hər bir hadisə gözümün önündə canlanırdı. Sanki onların birə-bir şahidi olur, repressiya qurbanlarının ədalətsiz, lakin məcbur olaraq yaşadığı hər bir zülmü, ağrını, çarəsizliyi hiss edirdim.
Və mən düşünürəm ki, hər bir azərbaycanlı şəxs bu kitabı oxumalıdır. Çünki, tarixin qaranlıq səhifələrində olan bütün acı həqiqətlər gün işığına çıxmalı və unudulmamalıdır.