Deməəək, çox axıcı, maraqlı,həcv dolu,satirası,hətta sarkazmı yüksək şəkildə yazılmış siyasi, alleqorik bir əsər,yəni Heyvanıstan...
Əsər Stalin dövrünün alleqorikləşdirilmiş şəkildə tənqididir.Burdakı heyvanlardan hadisələrə qədər,hər kiçik nöqtə bir tarixi hadisəyə işarədir.Əsərin lap girişində Qanun Nəşriyyatının hansı personajın kimi,hansı hadisənin nəyi təmsil etməsi haqda çox gözəl və aydın izahı var.Bu hadisələri daha yaxşı dərk eləmək istəyirsinizsə,Rusiyanın inqilab dövründən Stalinin dövrünə qədər və özü də içində olmaqla baş verən hadisələri,digər ölkələrlə əlaqəli məsələləri gözdən keçirməyiniz yaxşı olar.Mən özüm imtahanlara görə tarix oxumuşam deyə nə demək istədiyini daha rahat anlaya bilirdim,tarixi oxumasaydım bir az məsələlərə səthi baxacağımdan əminəm.
Əsər həddindən artıq mənə təsir qoydu.Əsəri oxuduqca özümü pis hiss edir,hətta içimdə alovlanan nifrət,qəzəb,kədər duyğuları bir-birini sürətlə əvəzləyirdi.Bəzən hadisələr qarşısında sakit şəkildə düşünə bilmir,tez tez gərilirdim.(Bəli,Az.dilindən belə söz var skjsj) Kitab ütopyadan distopyaya o qədər sürətli keçiş edirdi ki, gərginləşməmək əldə deyildi.Əsər güclü pessimist hissləri özündə cəmləşdirərək,bəlkə də, qarşısındakı oxuyucunu ayıltmaq,onun üzünə gerçəyi "çırpmaq" üçün əlləşirdi.Bəlkə,kim bilər...
Ən ağrılısı da budur ki,bu kitab 1945-ci ildə yazılmasına baxmayaraq hələ də aktual məsələlərə toxunur.Elə kitabın qorxulu tərəfi də bu idi ...
MalColmBradBury'dadediyikimi:
" Müasir tarixin qaranlıq üzünün satirik qalıqları ... "
Janr: Satirik,Alleqorik Roman
Səhifə:159
Rəy:10/10
HeyvanıstanGeorge Orwell