Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Səhər ölmək istəyirəm, Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, Necə ölsəm, bağışla. Tanrıdan bəxt borc alsaydım, Sənə də saxlayardım. Ağlamağı bacarsaydım, Sənə gün ağlayardım. Gizli ölmək istəyirəm, Xəbər tutsan, bağışla. Qorxuram unutmayasan, Yox, unutsan, bağışla. Qışda ölsəm, qəm eləmə, Yerim isti olacaq. Ruhum uçub cəhənnəmə Gedən tüstü olacaq. Səssiz ölmək istəyirəm, Səsim gəlsə, bağışla. Sənsiz ölmək istəyirəm, Sən də ölsən, bağışla!..
Sayfa 121Kitabı okudu
·
157 görüntüleme
Rovshana Aliyeva okurunun profil resmi
Səsim gəlsə, bağışla..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.