Bağışlayan və mehriban Allahın adı ilə
Muhammed Ticani SemaviNeden Alevi Oldum?
Deməəək,kitab əvvələr sünni alimi olmuş indiki şiə aliminin necə şiə olması haqda maraqlı ve axıcı, hekayə təəssüratı yaradan avtobioqrafik əsəridir.Əvvəlcə onu deyim ki,əsəri kimliyindən aslı olmayaraq(istər qadın olsun,istər kişi,istər sünni olsun,istər şiə fərq etməz) hamı oxumalıdır.
Kitab Ticaninin uşaqlıq,gənclik,şiəliklə tanışlıq, axtarış,nicat və qısa da olsa şiəlikdən sonrakı dövrlərini əhatə edir.
Ticani əsər boyunca dində olan (demək olar ki, bütün) ziddiyyətli nöqtələrə toxunur və bu hissələri məntiqə,Qurana və sünni alimlərinin öz "Səhih"lərinə əsasən izah edir.Sünnilikdən şiəliyə keçməsinə sübut gətirdiyi hədislərin sünni "Səhih"lərindən olması kitabı daha da cəlbedici edir.
Dəlilər o qədər ağlabatan və izahlı şəkildə verilib ki,inanmıram, hər hansı bir oxuyucunun beynində şübhə qalsın.
Kitabdakı bütün mənbələr (özü də bunu kitabda qeyd edir) sünni mənbələri və "Səhih"ləri olub. Araşdırmasını da şiə və sünnilərin ortaq qəbul etdiyi hədislər əsasında aparıb. Araşdırması 3 il çəkir,həddindən artıq çox kitab oxuyur və incəliklərinə qədər gedir.Nəticədə şiə olur.
Elə düşünməyin ki,Ticaninin şiələrə xüsusi bir sevgisi olub,xeyr.Hətta dostunun şiə olduğunu bildiyi zaman "əgər sənin şiə olduğunu bilsəydim,sənlə danışmazdım" deyir.Şiələrə qarşı digərləri kimi içində kor-koranə nifrət olur.Ancaq bu nifrət şiələr olan bir mühitdə onları incələmək,onlarla danışmaq fürsəti sayəsində yox olur.
Səhabələr haqda araşdırma etdiyi zaman da əlindən gəldiyincə onları haqlı çıxarmağa çalışır,lakin vicdanı öz "Səhih" lərində belə yazılmış olan həqiqətənləri inkar etməyə izin vermir.
Kitabda təsiredici bir məsələ də qeyd olunub. Sünnilərin araşdırma, tarix və incələmə barəsindəki düşüncələri...Nə zaman bir şagird onlara sual versə,tarixin lazımsız olduğunu deyib onlara düzgün cavab vermirlərmiş.Demək olar ki, Ticanin yaşadığı yerdə çox şəxs kor-koranə şəkildə sünni olub,o mühitdə heç bir məntiqi çərçivə əsasında araşdırmaya yer verilməyib.
••Sizə tövsiyəm bu kitabı tam səmimi qəlblə, özünüzü aldatmadan və həqiqətləri qəbul edəcəyinizə inanaraq oxumaya başlamağınızdır.Onda Allahın sizin qəlbinizə saldığı o həqiqət nurunu bütün ruhunuzla hiss edəcəksiniz.••
Xoş oxumalar...
Səhifə:208
Növ: Avtobioqrafik
Rəy:10/10
Qeyd
Kitabın adı Azərbaycan dilində "Necə Hidayət Oldum?" Dur.Mən bu kitabın türkcə adının bu olduğunu düşünüb bu ad altında incələmə elədim.