Gönderi

Salam olsun bu simalara...
Hacı Himmət onlara baş çəkmək qərarına gəldi. Mən də onunla birgə getdim. Bəsicilər Himmətin gəldiyini görüb çox sevindilər və onun yanına gəldilər. Hacı hal-əhval tutduqdan sonra onlara belə xitab etdi: Əsgər qardaşlar, imanlı bəsicilər, salam olsun toz olmuş bu çöhrənizə, salam olsun şərəf və iradənizə. Burada çətinlik, yaralanmaq, əl-ayağın parçalanması, əsir düşmək, itkin düşmək və şəhid olmaq var. Bunları hər birimiz bilirik. Amma əzizlər, biz unutmamalıyıq ki, bu yola hansı hədəf üçün qədəm basmışıq. Biz Allah yolunda cihad üçün buradayıq. Biz bu ikisindən birini seçməliyik; Ya təslim və zillət bayrağını əlimizə alaraq İmamın sözünün yerə düşməsinə bais olmalıyıq, ya da son nəfəsimizə kimi mərdliklə döyüşüb şəhid olmalıyıq və bu çətin imtahandan izzətlə çıxmalıyıq. İndi əziz bəsicilər mənə deyin, nə edək? Təslim olaq, ya son nəfəsimizə kimi döyüşək? Allah şahiddir ki, Himmətin sözü bu nöqtəyə çatanda bəsicilər ağlayaraq fəryad edib, döyüşəcəyik, öləcəyik, təslimiyyəti qəbul etməyəcəyik deyirdilər və sonra hamısı Hacıya tərəf qaçaraq onu qucaqladılar.
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.