Serial dadında kitab yazıb Steinbeck. Hekayə də, xarakterlər də yavaş-yavaş açılır. Ayrı bölümlərdə. Yazıçı elə bil kameranı alıb əlinə, düşüb Sardalye sokağı-na insanları, məkanları, hətta heyvanları çəkir. Çəkdicə müşahidə edir, müşahidə etdikcə tanıyır, tanıdıqca sevir, sevdirir. Nəticədə kameraya tuş gələn hər şey kitabda xüsusi yer tutur. Əsas xarakterə çevrilir. Ya da elə hiss etdirir. Hər iki halda çox qəşəng alınıb. Çox zövq aldım oxuduqca. Yaxşı insanlar tanıdım. Hələ Doc və Mack tanıdığım ən möhtəşəm ədəbi obrazlardan oldu.