Irvin D. Yalomun - Nietzche ağladığında fəlsəfi romanını oxuyub bitirdim.
Əsəri türk dilində oxumuşam. Çox bəyənərək mütaliə elədim. Zövq aldım. Düşündürücü romandır. Əsər yazıçı təfəkkürü olsa da hadisələrin çoxu real həyatdan götürülüb. Romanın baş qəhrəmanları Alman filosofu, dahi Friedrich Nietzsche, ümidsizlərin ümid yeri , qapısını döydüyü yəhudi həkim Breuer, psixoanalizin banisi Sigmund Freud və Lou Salome gözəl, gənc rus qızıdır.
Nietzchenin ümidsizliyi və ağır depressiyası, təkliyi, həkim Breuerin ona yardımçı olmaq istəyi və kişilərin baş döndürücüsü gözəl Lou...
Doctor Breuer Nietzscheyə kömək edə biləcəkmi? Nietzsche özü sağalmaq və ümidsizlikdən qurtulmaq istəyirmi??
Əsəri belə adlandırmağı Yalomun xanımı və ən yaxın dostu Merilyne təklif edib.
Bir onu deyə bilərəm ki, öz özünə yardım etmək istəməyən insana heç kim yardım edə biməz! Heç bir dost! Heç bir həkim..Nietzsche də yardım almaqdan imtina edir. Danışmır. Ürəyini açmır. Kompleksləri çoxdur...
İllər boyu hər kəsi dinləyən Breuer həkimin özünü dinləyən lazımmış.. Nietzsche danışmadıqca , susduqca ürəyini heç kimə aça bilməyən həkim həmlə işlədib filosofu danışdırmaq üçün özü danışmağa başlayır. Nəticədə həkimlə pasient yerlərini dəyişir. Həkim danışdıqca filosof da öz həyatında baş verən və onu üzən hadisəylə üzləşir. Nəhayətində bacarır doctor Breuer.
Kendinle üzleş...Hekimin şüarı ilk əvvəldən budur.
Nietzsche tək ölməkdən qorxur.Tək qalmaqdan qorxur. Təklik onu üzür. Sonunu düşünür və dibə enir getdikcə.
Həqiqətən də dinləyəni olmayanda yalnız qalır insan.
"Dəlib deşir ürəyi dərd ürəkdə qalanda..."
Dərdinizi dinləyəninizin olması diləyi ilə …kitabla qalın..
Xoş mütaliələr