Kitab müharibə mövzusunda yazılıb. Həmişə öz -özümə niyə yazıçı Qarabağ müharibəsinə müraciət etmir? sualını verirdim. Nəhayət çox qürur hissi ilə deyə bilərəm ki, Rövşən Abdullaoğlu bu işin öhdəsindən çox gözəl gələ bildi. Çox möhtəşəm bir kitab oxudum.
Romanın ən bəyəndiyim tərəfi birinci Qarabağ savaşının və 2-ci Vətən müharibəsi qəhrəmanlarının adlarının bir kitabda çəkilməsidir.
Həqiqətən də biz millət olaraq bir ölüb min dirilirik.!! General Həşimov, şəhid Xudayar Yusifzadə, Əliyar Əliyev kimi qəhrəman igidlərin adının bir romanda olması, bir biriləri ilə əlaqələndirilməsi çox gözəldir.
***Müharibə Tanrının ən böyük lənətidir. Günahkar insanların yaxasından tutan ilahi qisas.Tanrı bizdən qisas alır, bir- birimizin əli ilə. Öz əlini qana bulamaq istəmir.
***Xəyanət yalnız cəbhədə olmur, komandir. Cəhalət , rüşvətxorluq, qohumbazlıq, zalıma quyruq bulamaq, bir - birinin ayağından çəkmək… hamısı xəyanətdir.
***Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da.
***Kərtənkələ quyruğu kimidir axtardığın xain qoparsan yenisi çıxacaq, boş yerə özünüzü yormayın.
***Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı , torpağı bölüşən insanlara duyduğun təmənnasız sevgidən, məsuliyyətdən, ləyaüətdən yaranır. Bu hissləri olmayan adamla vətəndən danışmaq mənasızdır. Torpağı sevmək anaya, övlada olan hiss kimidir. "Niyə sevməliyəm?" demirsən, sadəcə sevirsən.
P.S Sonda onu demək istəyirəm ki, Vətəni sevmək ya olur ya olmur. Çoxu azı yoxdur bu sevginin.General yetişdirən bu xalqı heç vaxt heç kəs məğlub edə bilməz. Nə qədər ki, Şükür Həmidov kimi oğullarımız olub, nə qədər ki, Həşimov Polad kimi səngər Generalımız olub bu xalqı heç bir qüvvə məhv edə bilməyəcək. Hər bir xalqın içində xain var. Birinin quyruğunu kəssən yenə digəri peyda olub dirilib artacaq. Lakin "Kod adı "Mehdi kimi oğullar həmişə var və olacaq.Onlar ölmürlər əbədi yaşayırlar. Missiya üçün dünyaya gəlib, missiyalarını yerinə yetirib, xainləri tapıb, vətəni qorumaq və öhdələrinə düşən vətənə sədaqət borcunu təhvil verib Şəhidlik zirvəsinə ucalırlar.!!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Tövsiyə edirəm oxuyun, oxudun.
Xoş mütaliələr hər kəsə.
#Koramal