·150 syf.··Beğendi
···Okunma: 23 Eylül 2023 21:36 İlyas Əfəndiyevin Körpüsalanlar romanını oxuyub bitirdim. Bu gün başladım və fasiləsiz oxudum. Əsəri 3 - cü dəfə idi oxuyurdum. Məktəb vaxtı 8-ci sinifdə, 6-7 il bundan qabaq və indi. Çoxdandır klassika oxumaq arzusunda idim.Qanun nəşriyyatında endirim olanda almışdım.
İlyas Əfəndiyevi bəyənirəm. Dili sadə, oxunaqlı, rahat, ürəyəyaxın və içdəndir. İlyas Əfəndiyev mənim uşaqlığımdır.Məktəb illərimdir. Dəbdən düşməyən sevimli yazarımdırKörpüsalanlar da bəyəndiyim romanıdır.
Əsərin baş qəhrəmanı Adil və Səriyyə cütlüyüdür. Səriyyə şıltaq və ərköyün uşaqdır mənə görə.Özbaşınadır. Özünü evli qadın kimi aparmır. Səhvləri həddindən artıq çoxdur. 19 yaşlı çılğın gəncdir.İdealist, vicdanlı, düzgün və səmimi bir gənc xanım. Adil 30 yaşlı istedadlı mühəndisdir.Ali təhsilli, uğurlu gələcək üçün addımlar atan, gözü vəzifədə, yuxarılarda olan , ancaq yüksəlmək niyyətində olmuş gənc. Əslində hər ikisi də ürəyində yox səsli şəkildi danışsa və şübhələrini, narahatlıqlarını dilə gətirsə idilər ailə problemi bu qədər dərinləşməz və uçuruma yuvarlanmazdı. İlk gündən bu ailə bir-birinə heç uyğun deyildi: Yaş fərqi, həyat tərzi, dünyaya baxışları, gözləntiləri, xəyalları, arzuları və s. Ailənin təməlini sarsan, onu uçuruma aparan yol iki nəfərin bir-birinə uyğunsuzluğundan irəli gəlir. Ən böyük faciə isə bir evdə iki fərqli dünyaların insanlarının YAŞAMASIDIR.Əsər iki nəfərin ayrılması ilə bitir. -“Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik.Gələcək isə həyat deməkdir.Ona görə də biz ayrılmalıyıq.Sağ ol!”
Səhv hər ikisinindir. Adil çox şeyə susur və qarşı tərəfdən özünütənqid və səhvlərini görməyi gözləyir.Qarşı tərəf isə özündə qəti səhv görmür. Səriyyə Adil ilə ailə qurub lakin qurduğu ailənin məsuliyyətini anlamır.
Bulduzerçi Qərib isə əksinə olacaqları görür. O, soyuqluğu ilə , susqunluğu ilə Səriyyənin ürəyini qazana bilir. Düzgün, işgüzar, zəhmətkeş və vicdanlı Qərib ən günahsız obrazdır.( Mənə görə)
Ailə...Nədir ailə? Hörmətmi?? Dözümmü? Səbrmi?? Sevgi..Nədir sevgi?- Qarşılıqlı anlaşmamı.??Özündən vaz keçməkmi? Özünü qurban verməkmi? Karyeranın , yüksəlişin ehtirasımı??
EŞQ... nədir eşq? Verilən söz, tutulan söz və əməl..Dost və yoldaşlıq..Etibar..Əmanətə xəyanət..Kişilik..İçindəki mən.. Yastığa baş qoyanda susan vicdan? Nədir dözüm? Nədir seçim?? Gələcək və keçmiş arasında düşünməkmi? Ölçüb biçməkmi..?Ən düzü isə həqiqətdir.. Aldanmamaq və aldatmamaq.. Çətin də olsa seçim eləmək və öz doğrularınla YAŞAMAQ..
İçinizdəki suallara cavab tapmanız diləyi ilə xoş mütaliələr...