Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
6/10 puan verdi
·
11 günde okudu
Başlıq: Sıfır teorisi Yazar: Geoffrey Household Səhifə: 221 Janr: Ədəbiyyat,Triller Nəşr: Olimpos Hərkəsə salam, Triller janrda olduğunu düşünərək almışdım.Açığı məni məyus etdi. Qəhrəmanımızın macəradan-macəraya atılacağını düşünmüşdüm.Ən azından məni belə düşünməyə vadar edən, bəzi "oxucuların" kitab barədə fikirləri idi. Əsərdə, əsilzadə bir adamın törətdiyi sui-qəsd nəticəsində,polisdən və agentlərdən qaçışından bəhs edilir.Lakin, kitab başından ortalara doğru sıxıcı irəliləyir və məncə,lazımsız təfərruatlardan çox bəhs olunur.Ortalara doğru əsər hərəkətlənir və sonadək bu tempini heç itirmir.Mənim kimi kitabdan böyük ümidləriniz varsa,biraz məyus ola bilərsiniz. Qeyd: Yazarın şəxsən özü də 2-ci dünya müharibəsi illərində İngiltərə adına cəsusluq edirmiş.Bu əsər mənə sanki özünün bioqrafiyasıymış kimi hiss etdirdi.
Sıfır Teorisi
Sıfır TeorisiGeoffrey Household · Olimpos Yayınları · 202092 okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.