Gönderi

7/10
·286 syf.··
2023 13. kitabı
·
4 günde okudu
·
Okunma: 12 Ekim 2023 21:03
Daha bir axıcı kitab. Düzü, Salam Qədirzadənin qələmi ilə heç tanış olmadığım üçün həmişə onun əsərlərini oxumaq istəmişəm. Maraqlı sujet xətti var. Baş qəhrəman Adilin başına gələnlər, çəkdiyi vicdan əzabları çox gözəl şəkildə təsvir edilib. Oxuyanda bir ailənin necə uçuruma getməsi adama pis təsir edir. Kitabda Adilin ətrafında və həyatında olan qadın obrazlar bir-birilə ziddiyyət təşkil edir. Atasının isə o dərəcədə dəyişməsi Adili sarsıtsa da, fərd kimi yetişməsinə zərər vermədi. Ümumiyyətlə, insanların bir az çətinliyə düşən kimi asan yola əl atması burada da təsvir edilib. Bu yolun da fərsiz olduğu aydın şəkildə göstərilib. Sonluğu lap ürəkaçan oldu. Diləfruzun öhdəsindən kimsə gəlməli idi. Əsərdə sovet təfəkkürü də sezilir. Bəyənmədiyim tərəfi isə bu idi.
İnceleme
Qış GecəsiSalam Qadirzade · Xan Nəşriyyatı · 2015251 okunma
·
93 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.