Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

656 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabda Hz. Muhəmmədin (s) doğulmasından öncə ərəblərin vəziyyəti, Peyğəmbərin anadan olmasından vəfatına qədər həyatı, o dövrdəki ictimai-siyasi hadisələr, ərəb dövlətinin yaranması, tarixi öz əksini tapmışdır. Kitabın sevdiyim bir özəlliyi isə içərisindəki hadisələrin, faktların təhlil olunması, gözəl, ətraflı izah edilməsidir. Özü də ən mötəbər mənbələrə istinad edilmiş, şübhəli məqamlara tutarlı cavab verilmişdir. Kitabda "Ərəblər İslamdan öncə", "Peyğəmbərin əcdadları", "İlk həqiqət işartıları", "Qəraniq əfsanəsi", "Merac, Quran, hədis və tarix baxımından", "Peyğəmbərin nümayəndələri" kimi maraqlı mövzular öz əksini tapmışdır. Həmçinin, kitaba akademik Vasim Məmmədəliyev ön söz yazmışdır. Düşünürəm ki, hər kəs bu kitabı oxumalıdır
Əbədiyyət Nuru - Həzrət Muhəmməd
Əbədiyyət Nuru - Həzrət MuhəmmədAllame Cafer Subhâni · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20105 okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.