Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Əbədiyyət Nuru - Həzrət Muhəmməd

Allame Cafer Subhâni
10/10
4 Kişi
5
Okunma
3
Beğeni
714
Görüntülenme
Bəşəriyyətin ən kamil insanı həzrət Muhəmmədin (s) həyatı bilavasitə İslam tarixi ilə əlaqədar olduğundan, təbii ki, onun həyatı tarixi baxımdan diqqətdən kənar qala bilməz. Qurani-Kərimdə Allah-taala Həzrət Muhəmmədi(s) insanlara gözəl bir örnək kimi təqdim edərək buyurur: “Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.”(Əhzab surəsi, ayə-23) Quranın bu ayəsi Peyğəmbərin(s) həyatını öyrənməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İslam dini Allahın göndərdiyi dinlər arasında sonuncusu və ən mükəmməli olduğu üçün bu dinin banisinin həyatı da dıgər peyğəmbərlərin həyatı ilə müqayisədə daha geniş şəkildə tədqiq edilmişdir.Təsadüfi deyil ki, orta əsr müsəlman tarixçiləri o həzrətin həyatındakı bütün xırdalıqları da qələmə almış və onu nəsildən-nəsilə çatdırmışlar. Bununla əlaqədar olaraq Peyğəmbərin(s) həyatını özündə əks etdirən onlarla kitab yazılmış, hətta onların bəzisi bir çox qərb dillərinə də tərcümə edilmişdir.Belə əsərlər arasında Ayətullah Cəfər Sübhaninin “Əbədiyyət nuru” əsəri özünə-məxsus yer tutur. İslam peyğəmbərinin həyatının mükəmməl şəkildə araşdırıldığı bu kitabda müəllif,həm də bir sıra avropalı şərqşünasların əsassız iddialarına tutarlı cavablar vermişdir.
Yazar:
Allame Cafer  Subhâni
Allame Cafer Subhâni
Çevirmen:
Mais Ağaverdiyev
Mais Ağaverdiyev
Editör:
Aftandil Babayev
Aftandil Babayev
Tahmini Okuma Süresi: 18 sa. 35 dk.Sayfa Sayısı: 656Basım Tarihi: 2010İlk Yayın Tarihi: 2004Yayınevi: Bakı, Şərq-Qərb NəşriyyatıOrijinal Adı: Furuğe - Əbədiyyət
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
656 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kitabda Hz. Muhəmmədin (s) doğulmasından öncə ərəblərin vəziyyəti, Peyğəmbərin anadan olmasından vəfatına qədər həyatı, o dövrdəki ictimai-siyasi hadisələr, ərəb dövlətinin yaranması, tarixi öz əksini tapmışdır. Kitabın sevdiyim bir özəlliyi isə içərisindəki hadisələrin, faktların təhlil olunması, gözəl, ətraflı izah edilməsidir. Özü də ən mötəbər mənbələrə istinad edilmiş, şübhəli məqamlara tutarlı cavab verilmişdir. Kitabda "Ərəblər İslamdan öncə", "Peyğəmbərin əcdadları", "İlk həqiqət işartıları", "Qəraniq əfsanəsi", "Merac, Quran, hədis və tarix baxımından", "Peyğəmbərin nümayəndələri" kimi maraqlı mövzular öz əksini tapmışdır. Həmçinin, kitaba akademik Vasim Məmmədəliyev ön söz yazmışdır. Düşünürəm ki, hər kəs bu kitabı oxumalıdır
Əbədiyyət Nuru - Həzrət Muhəmməd
Əbədiyyət Nuru - Həzrət MuhəmmədAllame Cafer Subhâni · Bakı, Şərq-Qərb Nəşriyyatı · 20105 okunma
Reklam
711 syf.
10/10 puan verdi
·
Beğendi
Alemlere rahmet olarak gönderilmiş olan Hazreti Resulullah (s.a.a) hakkında yazılmış olan en kapsamlı eserlerden birisi. Tek bir kitap okuyarak Hazreti Peygamber (s.a.a,) hakkında doyurucu bilgileri almak isteyenler mutlaka bu kitabı okumalı.
Füruğ-i Ebediyyet
Füruğ-i EbediyyetAllame Cafer Subhâni · Sekaleyn Yayınları · 20045 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.