Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri 1. Cild

Nəbi Xəzri
5/10
1 Kişi
7
Okunma
3
Beğeni
319
Görüntülenme
Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Nəbi Xəzrinin bu kitabına xalq şairinin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Ana torpağa bağlılıq, vətənpərvərlik, insana xas ən saf duyğuların tərənnümü — Nəbi Xəzri poeziyasının başlıca gücü-qüvvəti bundadır. Lirik qəhrəmanın fəal həyat mövqeyi, hadisə və faktların sənətkarlıqla mənalandırılması, məzmun təzəliyi və forma mükəmməlliyinin təbii təqdimi kitabdakı şeirlərdə dolğun bədii əksini tapmışdır. Yer kürəsində həyat həm üfüqi, həm də şaquli istiqamətdə yayılmışdır. Yer qabığı səthindən üç min metr dərinliyə qazılmış quyular vasitəsilə o mühitdə yaşayan bakteriyalar aşkar edilmişdir. Yer səthində (torpaqda, suda, havada) və atmosferin yuxarı qatlarında mikroorqanizmlərə rast gəlinir. Yer səthinin üfüqi istiqamətində canlı aləm (suda, suda-quruda, quruda yaşayanlar) həyat sürür. Deməli, İlahinin yaratdığı canlı aləm əlverişli mühitdə həm yerin dərinliklərinə, həm də göyün ənginliklərinə doğru inkişaf edir. Buna uyğun olaraq insan təfəkkürü də nəinki Yer kürəsi, həm də kainat istiqamətinə yönəlir. İnsan düşüncələrinin əhatə dairəsi elmi-texniki tərəqqi işi ilə birgə genişlənir, yüksəlir, zaman və məkan daxilində məntiqi ardıcıllıqla inkişaf edir. Nəbi Xəzri də müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyətdir. Ona görə də şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır. N.Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır. N.Xəzriyə görə, azərbaycanlılar da bəşəriyyətin tərkib hissəsinə daxil olmuş yaxşı insanlardır. Bəşəriyyətdən təcrid edilmiş insanlar çıxdaşdırlar, həm də onlar qismən vəhşiliyi özlərinə həyat tərzi seçmiş canlılardır. Şairin poetik yaradıcılığında sırf azərbaycanlılıqla yanaşı, bəşərilik də mühüm yer tutur. Bizcə, buna səbəb Nəbi Xəzri təbiətinin Azərbaycan mühitində yoğrulması, şairin dünya təcrübələrindən bəhrələnməsi və onların hər ikisinin bioqaynaqlanmasmm nəticəsidir. N.Xəzri yaradıcılığı Azərbaycanın saf mühitində yetişməklə bu mühitdə cəmləşib qalmamış, doğma Vətənin sərhədlərindən çox-çox uzaqlara doğru istiqamətlənmişdir.
Yazar:
Nəbi Xəzri
Nəbi Xəzri
Tahmini Okuma Süresi: 7 sa. 2 dk.Sayfa Sayısı: 248Basım Tarihi: 2004Yayınevi: Lider Nəşriyyatı
ISBN: 9789952417193Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
248 syf.
·
Puan vermedi
Ürek pıçıldayır dodaqlar kimi..
Nebi Xezri Azerbaycanın müziğe yakın şairlerinden. Bir çok güzel şarkı onun sözlerine bestelenmiş. Şairle ilk karşılaşmam Varis-in "Sonuncu ölen ümidlerdir" romanıyla olmuştu. Şiirlerin kime ait olduğunu merak etmiştim. Kitapta yıllardan beri şairin bir çok konuya değindiği şiirler bulunuyor. 2ci bir cildi daha var ki, bundan sonra onu okumayı düşünüyorum. Çok sevdiğim bir şarkının şaire ait sözleriyle bitireyim: Yene payız geldi qonaqlar kimi Soldu mehebbetim yarpaqlar kimi Ürek pıçıldayır dodaqlar kimi Külek, niye bele esirsen, külek? Niye ümidimi kesirsen, külek?
Seçilmiş Əsərləri 1. Cild
Seçilmiş Əsərləri 1. CildNəbi Xəzri · Lider Nəşriyyatı · 20047 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.