“Nəhcül-Bəlağə” Həzrət Əlinin (ə) söylədiyi xütbə, yazdığı məktub və buyurduğu hikmətli kəlamlardır. Bu dəyərli əsərə zaman-zaman müəyyən şərhlər verilmiş, barəsində müzakirələr aparılmışdır. Bu kitabda isə ustad Şəhid Mürtəza Mütəhhərinin “Nəhcül-Bəlağə” barədə maraqlı izah və şərhlərinin sayəsində bu qiymətli xəzinəyə yeni baxış formalaşacaq. Bir sözlə, “Nəhcül-Bəlağə”yə yeni və fərqli bir səyahət edəcəksiniz.