Hər vaxtınız xeyir, 1K kitabsevərləri!
İnsan ruhunun təlatümləri vücud halını alarsa..
Kitabda fantomim teatrının yazılı versiyasını izləmiş, eyni anda oxumuş oldum. Hər səhifədə sanki aktyorlar canlanacaq və kitabı səsləndirəcəklər hissi yaşadım. İlk dəfədir ki, belə bir kitabla qarşılaşıram. Nə yalan deyim, bu kitab mənim oxu tariximdə ilklər arasında olacaq hər zaman.
Bir başqa məqama toxunmaq istəyirəm. "Sadəcə kitab yazım, oxunsun," deyil, eyni anda oxuyucusunun göz zövqünü, hətta belə deyim, istirahətini də düşünən yazarımıza ayrıca təşəkkür edirəm. Teatr istirahətin bir növüdür. Və deyim ki, oxuduğum kitabdan mənə qalan təəssürat belə oldu. Deməli, mən öz rahat divanımda oturmuşam, masamda bir stəkan pürrəngi çay, əlimdə kitab var ancaq, özümü teatr səhnəsində hiss edirəm.
Rollarda;
Ölüm – Fikrət Məmmədov
Əyyaş – Fikrət Məmmədov
Şeytan – Namiq Ağayev
Narkoman – Namiq Ağayev
Həqiqət – Kamran Yunis
Qorxu – Kamal Yaşar
Güc – Vüsal Hacı Qədir
Balaca Ağıl – Əli Baloğlanov
Balaca Ağıl – Zülfiyyə Qədirova
Böyük Ağıl – Cavid Aydınov
Xəyanət – İlqar Kamal
Vicdan – Taleh Yüzbəyov
Maraq – Vüsalə Ağayeva Güvən – Məhəmməd Verdiyev
Xəcalət – İlqar Cahangir
Şübhə – Murad Bağırov
Sevgi – Leyla Allahverdiyeva Nəzarət – Qurban Məsimov
Ədalət – Rasim Balayev
Böhtanova Şər – Züryet Şahmuradova
Həyasızov Abırsız – Anar Kərimli
Saxtayev Uydurma – Səfa Rəsulov
Hörmətov Rüşvət – Tural Əhməd
Nəvə – Əli Baloğlanov
Baba – Fikrət Məmmədov
Kitabın mövzusuna gəldikdə isə; insan keyfiyyətlərinin, xasiyyətlərinin obrazlı mübarizəsini oxuyuruq əsərdə. Kitabın əvvəlindən sonuna qədər nəfsi axtardım. Hətta kitabın yazıçısı Uraqan bəydən də nəfsi niyə bu əsərə layiq görmədiyini soruşmaq niyyətində idim. Ancaq kitabı bitirdikdən sonra belə bir fikir keçdi ağlımdan, "Şeytan elə nəfsin özü deyilmi?"
Kitabı birlikdə oxuduğum, kitabdaşım Ays'a təşəkkür edirəm. Səninlə kitab oxumaq çox maraqlıdır. Həm oxuyub, həm alıntı paylaşıb, eyni zamanda da istər yorumdan, istərsə də DM üzərindən müzakirələr aparmaq əvəzolunmaz hissdir. Növbəti Hərbidən Qeydlər kitabı ilə davam etmək üçün səbirsizlənirəm.
Xoş mütaliələriniz olsun..