Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sən məni sevmirsən, heç mən də səni sevmirəm. Burda bir şey yoxdur. - o, gülərək dedi. Əsas məsələ odur ki, biz bir-birimizə sevinc bəxş edirik.
·
37 görüntüleme
Zaur Ruhullayev okurunun profil resmi
Doğulan anıda bir olan bu şey. Düşünüb bölərək yaratdı çox şey. Düşünmək hər zaman axtarır bir şey. Dayana bilməz ki,olmasa bir şey. Birliyi yaradır yalnız anlamaq. Anlamaq bu isə biliksiz baxmaq. Biliksiz,heç kimsiz cavabı bilmək. Buna da deyilir hiss ilə görmək. Hiss ilə baxaraq yaşamı sezmək. Cismin hərəkət yerini görmək. Baxaraq birinə cavabı tapmaq. Vücuda deyil də içinə baxmaq. Baxıram deyək ki,elə pişiyə. Soyuqdan yığılıb,sıxılıb küncə. Onun yaşadığın yaşadım mən də. Anladım niyə o,edir ki,belə. Baxıram birinə iş görür elə. Yüksəkdən bir əşya düşür əlinə. O anda yaşadım bu şeyi mən də. Bəs mənə nə olub edirəm belə? Axı o,düşməyib mənim əlimə. Çəkirəm acını onunla birgə. Bu anda anladım vücud ayrıdır. Bu isə yaşanan şeyi anladır. Hər şey bu dünyada olub əzəldən. Vücud,hiss,duyğular,düşüncə və mən. Fikir,istək,seçim,axtarmaq,bilik. Hamısı olsa da bunu görmədik. Bu fərqli yaşamdır anlayan çözər. Yaşamın cavabın tam dəqiq görər. O zaman anlayar sevgi nədir. Anlamak sevgini yaradır bilər.
Zaur Ruhullayev okurunun profil resmi
Sevgini alanın özü yerində. Sevginin özüsə məqsəd əlində. Məqsədin özüsə mənin özündə. Sevgiyə hökm edən artıq zülümdə. Onu ötürmədən almaq olmayır. Onu yaşamadan vermək olmayır. Onsuz dünyanın özü olmayır. Zalımsa dünyadır,belə baxmayır? Hər şeyin yaxşısın tələb edən var. Yaxşının dəyərin deyin bilən var? Yaxşının dəyəri elə yaxşıda. Yaxşını yaxşısa buraxmaz əsla. Yaxşı nədir görən anlayırıq biz? Doğrular olanda sevinirik biz. Doğrunu bizlərə kim verər görən? Doğrular hardandır bunu var bilən? Doğrunu verməsək kimə vermərik? Bəlkə sevməyən birinə verdik? Sevməyən necədir hardan bilirik? Sevginin özü var ondan bilirik. Sevməyən birinə düzü vermirik. Ondan yalnışlar gəlir onu bilirik. Yalnışı verəndən əzab çəkirik. Nədən yalnış verir onu bilirik? Bəlkə də bizdən düzü almayıb? Səhvlər niyə verilir onu anlayıb. Anlayır doğrular sevəndən gəlir. Yalnışlar onu da alçaldıb əzir. Bizi də yalnışlar alçaldıb əzib. Ondandır cavabı eynən verilib. Sevməyən sevilmir de bunu bilib? Nədəndir sevgidən imtina edib? Doğrular bizlərə maraqlı deyil? Nədəndir həmişə sual verilir? Bəlkə də doğrunu görmək istəyir? Eşidən qiyməti gör necə verir? Eşidən dinləyir necə deyəni? Ondakı biliklər vermir qiyməti. Deyək ki,biliyi yox dinləyənin. Bax səsi çıxırmı heç hökm edənin? Qulaq asan indi elə biliklər. Eşidən sözləri özü ələklər. Birini yaxşıya,birini pisə. Ələkdən keçəni məqsəd bəlirləyər.
Zaur Ruhullayev okurunun profil resmi
Sevgi,istək bunlar görən eynidir? Görək bəlkə bir-birindən fərqlidir? Sevən özün sevdiyindən ayırar? İstəkdəsə mənlə,o olar. Sevgi istək bir-birinə qarışdı. Vərdiş etdik dil sözlərə alışdı. Elə bildik hər ikisi də eynidir. Anlamadıq hansı nəyə derilir. İstək sizcə biliksiz qurulur? Biliksiz də fikir arzlar tutur? Sizcə fikir sevgi nədir anlayır? Bəklə sevgi hissiyatdan yaranır? Fikir yenə eyni sözü işlədir. Sevgi məndən olduğunu bildirir. Baxaq bəlkə fikir sevgi yaradıb? Fikirləşib sevgi ortaya çıxıb? Fikir necə canlıya yol göstərər? Gəlib ona hiss etməyi öyrədər. Hiss etməyi sizcə fikir keçirər? Hiss olmadan görən necə düşünər? Fikir hissdən gələnləri qarşılar. Gələnlərin içrə seçim aparar. Hansı doğru,hansı yalnış ayırar. Yalnış edib sonra doğru axtarar. Fikirləşmək necə gedir izlədik? İzləsəydik nə etdiyin görərdik. Niyə onu ali kimi yaratdıq? Yalnış edib onu önə çıxartdıq. Baxıb görək varlığı nə yaradır? Ona canı verib olanları yaşadır. Verir,alır,keçir cismi anladır. Verən,alan,keçən sizcə ayrıdır? Bir olanı parçalayıb ayırdıq. Sonra parça üzərində çalışdıq. Parçalara ayrılanı birləşdirmək istədik. Amma bunu necə edək bilmədik.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.