Bu kitapı okumak gibi düşünceniz varsa, okumadan önce kapakdaki resme bakmanızı söyleye bilerim. Yapmamakta özgürsünüz tabiî ki. Agnesi özledim aslında.
Beyin yakabilme potansiyeli yüksek. 3 kere okumuş olmama rağmen asıl olayı çözebilmiş değilim. Sosyal platformlarda farklı teoriler uyandıran, ince düşünülmüş, fazlasıyla başarılı yazılmış bir kitap.
Film kimi məhəbbət romanı!
Roman yaşlı bir kişi ilə yaşının yarısı qədər olan gənc bir qız - Agnes'in romantik eşq macərasından bəhs edir. Kitabın içindəki "Agnes" hekayəsinin sonluğu, kitabın öz sonluğundan daha çox maraqda saxlayır oxucunu.
Alman romanı "Agnes" Peter Stamm'ın 1998-ci ildən ədəbi debütü hesab edilir. Bu qəmgin eşq hekayəsinin baş qəhrəmanı bəlkə də yazıçının elə öz prototipi idi..
Kitabı mütləq oxuyun, daha sonra isə filmini izləyin.
Bu kitabı “Kibrit kitab evi”ndən 2 manata (50% endirim ilə) aldım. Kitabı da dərs aralarında oxuyub bitirdim.
Kitab çox axıcıdır, bəzi məqamlar müəmmalı qalır, düşünürəm ki, müəyyən informasiyalar öz əksini tapmalı idi, amma anonim qalıb.
Kitabı oxuyanda müəyyən epizodlar öz həyatıma yaxın idi deyə doğma hiss etdim (quote-larım da var, amma bura yazmağa ərinməyim gərək). Bəzi yerlər də elə axmaq idi ki, personajları, hərəkətlərini öz həyatımla əlaqələndirdiyimə görə əsəbdən pis hiss edirdim.
Hamiləlik və qısqanclıq haqda olan hissələr daha əvvəl fikirləşdiyim mövzuları təkrarən düşünməyimə səbəb oldu.
Yekunda, kitabı pis adlandıra bilmərəm, amma xoşuma da gəlmədi. Tərcüməsi də daha yaxşı ola bilərdi.
Kitab yazmağa çalışan orta yaşlı jurnalist və ondan yaşca iki dəfə böyük olduğu sevgilisi Aqnes...
Aqnesin istəyi ilə sevgilisi onlar haqqında hekayə yazmağa başlayır. Bir müddət sonra hekayənin nə qədər real, reallığın nə qədər hekayə olduğunu təyin etmək olmur. Qəribədir ki, roman boyunca ölüm düşüncəsinin həzin külək kimi əsdiyi və bəzən də yaşananların kölgəsi altında şiddətli qasırğaya çevrildiyi hiss olunur.
Jurnalistin (əsərdə adı verilmədiyi üçün onu belə adlandıracağam) etdiyi hərəkətlər məni çox qəzəbləndirdi. Lakin hər şey sanki belə olmalıymış kimi, onu qınaya bilmədim. Bəlkə də Aqnes heç yaşamamışdı, bəlkə tək yaşayan Aqnes idi, bəlkə heç bunun fərqi də yoxdu..
Sıradan bir cütlüyün münasibətlərini əks etdirən bu sadə hekayəni çox sevdim.
18.1.1963 tarihinde İsviçre'de doğdu. Ticaret okulunu bitirdikten sonra, Zürih'te bir sömestr İngiliz dili ve edebiyatı, psikoloji ve psikopatoloji eğitimi aldı. Paris, New York, İskandinav ülkeleri, Londra ve Berlin'de bulundu.