Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

428 syf.
10/10 puan verdi
·
5 günde okudu
"Şizofrenik"in əslində "Psixopat" olması gerçəyi
Oxuma vərdişimi geri qazanmaq üçün çabaladığım bu ərəfələrdə qarşılaşdığım bir kitab oldu və sözün düzü, axıcılıq baxımından çox yaxşı seçim idi. Adı ilə o qədər çox da əlaqəsi olmasa da, məni özünə heyran edən bir kitab oldu. Beləliklə,
Şizofrenik
Şizofrenik
kitabı
Wulf Dorn
Wulf Dorn
'dan oxuduğum ilk triller romanı oldu. Bu romanda, Yan Forstner adlı psixiatrın keçmiş həyatında baş vermiş və hələ də onda böyük təsir izi buraxmış hadisələrə nəzər salırıq. Gərilim və həyəcanla dolu yazılmış bu sətirləri oxuyarkən şəxsən məndə böyük bir maraq hissi doğurdu. Hadisələrin mövzusu haqqında çox da yazmaq istəmirəm. Fikrimcə, bu tip əsərləri oxuyarkən onun haqqında heç bir məlumatınız olmadan, sıfırdan başlayaraq oxumaq daha yaxşı olur. Bir az da yazıçının üslubundan bəhs etmək istəyirəm. Özü də vaxtilə psixiatr olan
Wulf Dorn
Wulf Dorn
axıcı yazma tərzi ilə məni təəccübləndirdi. (Xüsusilə də, sondakı "minnətdarlıq" qismini oxuyanda yazara qarşı ayrı bir simpatiyam yarandı.) Əslində burada tərcüməçinin (Cəlil Cavanşir) də rolu böyükdür. Kitabın öz dilimizə də bu qədər səlis tərcümə edildiyi üçün çox məmnun oldum. Kitabı oxuyarkən sanki film izləyirmişəm kimi bir təəssürat yaradırdı adamda. Bəzi oxucular bölümlərin sadəcə bir ağızdan deyil də, bir neçə nəfərin dilindən və heç bir qanunauyğunluq olmadan yazılmasını sevmədiyini vurğulayıb, amma bu mənim üçün heç bir problem yaratmırdı. Əksinə, dediyim kimi, film izləyirmiş kimi hiss etdirirdi. Sadəcə əvvəllərdə personajların adları və soyadlarını yadda saxlamaqda cüzi çətinliklər olur. Amma bu da təbii ki, xarici bir əsər üçün qeyri-adi bir hal deyil və təbiidir. Qısacası, bu qədər çox personajın, hadisə və müəyyən plot twist'lərin olması daha bir maraq qatmış oldu. Sonda gerçəklərin bir-bir üzə çıxması və bu gerçəklərin də bir o qədər şokedici olması üçün belə oxumağa dəyər bir kitabdır. Hər şeyin səbəbkarı olaraq əvvəlcədən şübhələndiyim biri vardı, amma ortalarda fikrim tamamilə dəyişmişdi. Hətta başqa birindən şübhələnməyə başlamışdım ki, səbəbkar ilk şübhələndiyim şəxs çıxanda böyük bir şok hissi keçirdim. Bunlardan əlavə, kitabdan belə bir nəticə çıxarıram ki, həqiqətən də, insan geriyə baxaraq irəli gedə bilməz. Keçmişə ilişib qaldıqca, indiki həyat ilə ayaqlaşa bilmədiyimiz, yerimizdə saydığımız anların sayı da artmış olur. Buna görə təbii ki, Yan'ı günahlandıra bilmərəm, buna haqqı vardı. Amma gördüyümüz kimi, keçmişdə olanlara həddindən artıq "takıntılı" olmağı ona böyük baha başa gəlir və psixoloji problemlərə belə gətirib çıxarır. Son olaraq qeyd etmək istəyirəm ki, serinin ikinci kitabı olan
Oyunbaz
Oyunbaz
'ı da oxumağı düşünürəm. Ümid edirəm ki, məni xəyal qırıqlığına uğratmayacaq. Xoş mütaliələr :)
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.