Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dünyaya günəştək nur yayan insan
Dünyaya günəştək nur yayan insan, Vaxt olur üfüqdə ulduztək axır. İlləri min dostla adlayan insan, Ölümlə döyüşə təkbətək çıxır. Bu gözlə görünməz sirli döyüşdü İnsan bu döyüşü harda görmüşdü? İnsan da, ölüm də baxdı, gülüşdü... Gülüşdən ürǝyǝ bir şübhə düşdü. Ölüm, bəlkə ölmək dəhşət deyildir. Gəlmişik... gedirik... bu ki, bir haqdır. Torpağa gömülmək dəhşət deyildir. Dəhşət diri-diri ölü olmaqdır! Elə ki, can aldın, məgər ucaldın? Yeridin şaxtayla, əsdin küləklə... Ölüm, elə bildin qələbə çaldın, Ölüm, öləcəksən ölümsüzlüklə!.. Yox! Necə? Ölüm də ölə bilərmi? Bəlkə bir üşütmə düşdü canına?.. Nəsə fikirləşdi o qəmli-qəmli, Əyri qılıncını qoydu qınına!
Sayfa 123 - LiderKitabı okudu
·
243 görüntüleme
Aybəniz İmanlı okurunun profil resmi
Dəhşət diri-diri ölü olmaqdır...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.