Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Təkcə Ümid Qalsın...
İstəsən sükuta bürünsün cahan. heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan o ani, o ani Görüşlərini. İstəsən, qoy olsun! Nə danış, nə din! Al indi o əziz günləri məndən, İstəsən, bir sabah mənə verdiyin Sədaqət andını al geri, məndən! İstəsən, al məndən düşəndə kölgə, Yaşıl meşələrin pıçıltısını. Bizimçin darıxan sahillə birgə, Al məndən dənizin parıltısını. Fəqət soyuq baxma, sən gendən, gözəl! Sənsiz günəşsizdir Bu göy, bu torpaq, hər şeyi, hər şeyi, Al məndən, gözəl! Təkcə ümid qalsın qoy məndə ancaq. Ümid- bir dünyalıq sükut içində Bir dünyaya dəyən gülüşlərindir. Ümid -- bir şimşəkdir bulud içində, O ani, əbədi görüşlərindir.
Sayfa 147 - LiderKitabı okudu
··
1 artı 1'leme
·
325 görüntüleme
Nahid okurunun profil resmi
Ümid- bir dünyalıq sükut içində Bir dünyaya dəyən gülüşlərindir. ✨
M.zade okurunun profil resmi
Niyə bu qədər gözəl şeirlər oxuyursuz ki...😄😍
Luck Beetle okurunun profil resmi
Çox gözəldir...🫠
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.